Tərkib:
- 300 qr makaron
- 200 qr holland pendiri
- 3 iri pomidor
- duz, istiot, bitki yağı
Hazırlanması:
1. Makaron hazır olana qədər bişirilir, suyu süzün.
2. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, bitki yağında qızardın.
3. Pendiri sürtgəcdən keçirin.
4. Pomidorlara makaron və pendir əlavə edin, yaxşı qarışdırın, 3-4 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az