Ev şəraitində çox dadlı toyuq kəbabı bişirmək olar.
İnqrediyentlər:
- 500 qr toyuq filesi
- 3 x.q. alma və ya üzüm sirkəsi (6%)
- 1 baş soğan
- 10-15 çerri pomidorları (adi pomidorlardan da istifadə edə bilərsiniz, pomidorları tikələrə doğrayın)
- duz, istiot
Hazırlanması:
1. Fileni kiçik tikələrə doğrayın.
2. Enli qaba sirkə, 3 x.q. su, duz, istiot tökün, uzun-uzun doğranmış soğan əlavə edin, qarışdırın. Marinad hazırdır. Marinada toyuq tikələri qoyun, 4 saat soyuducuda saxlayın.
3. Xüsusi taxta çubuqlarına toyuğu və pomidorları keçirin.
4. Tavaya yağ çəkin, çubuqları düzün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, 40 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az