Çox dadlı tərəvəz yeməyi. Asan hazırlanır, yüngül və eyni zamanda doyumludur. Əsl yay yeməyi.
Tərkib:
- 2 iri kartof
- 1 baş soğan
- 2 pomidor
- 2 bibər
- 2 kabaçok
- 100 qr bərk pendir
- 200 qr duru xama
- 2-3 diş sarımsaq
- duz, istiot
Hazırlanması:
1. Kartof, pomidor, bibər, soğan, kabaçki soyulur, yumru-yumru doğranılır.
2. Xamaya sarımsağı sıxırıq, yaxşı qarışdırırıq.
3. Formanın dibinə kərə yağı çəkirik, tərəvəzləri lay-lay yığırıq - soğan, kartof, kabaçki, pomidor, bibər. Hər laya az miqdarda duz və istiot vururuq.
4. Xamalı kütləni tərəvəzlərin üzərinə tökürük.
5. Sobanı 180 C qədər qızdırırıq. Tərəvəzləri 30-40 dəqiqə ərzində bişiririk. Hazır olana 5-7 dəqiqə qalmış tərəvəzlərin üzərinə sürtgəcdən keçirilmiş pendir səpirik.
Nuş olsun!
Evdarlıq.az