Toyuq filesi sobada. Çox tez və dadlı!

Tərkib:

- 1/2 kq göbələk

- 600-700 qr toyuq filesi

- 200 qr mayonez

- 1 baş soğan

- 2 diş sarımsaq

- 150 qr sarı pendir

- duz, istiot

Hazırlanması:

1. Göbələk təmizlənir, doğranılır, kərə yağında 10 dəqiqə ərzində qızardılır.

2. Toyuq filesi uzun-uzun nazik doğranılır, duz, istiot vurulur.

3. Formaya kərə yağı çəkin, file qoyun, üzərinə göbələk, sonra nazik doğranmış soğan düzün.

4. Mayonezi əzilmiş sarımsaqla qarışdırın, üzərinə çəkin, sürtgəcdən keçirilmiş pendir səpin.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, toyuğu 30-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
..