Tərkib:
- 1 kq toyuq
- 300 qr yaşıl mərci
- 3-4 ədəd pomidor
- 2 ədəd kök
- 2 ədəd soğan
- 1 dəstə cəfəri
- kəklikotu, reyhan (quru)
- duz, istiot
- 2 diş sarımsaq
- ərinmiş kərə yağı
Hazırlanması:
1. Toyuğu tikələrə doğrayırıq.
2. Soğanı xırda doğrayırıq, kökü sürtgəcdən keçirdirik.
3. Pomidorları soyun, sürtgəcdən keçirin.
4. Divarları qalın olan qazanda kərə yağında soğanı və kökü 3-5 dəqiqə ərzində qızardın.
5. Üzərinə toyuq tikələrini, üzərinə mərci qoyun.
6. 700 qr qaynar su, pomidor kütləsini əlavə edirik.
7. Hərəsindən 1 çimdik kəklikotu və reyhan əlavə edin, sarımsağı sarımsağəzənlə əzin və kütləyə əlavə edin, duz, istiot vurun.
8. Qazanın qapağını bağlayın, orta odda qaynara düşənə qədər çatdırın, sonra vam odda 40-60 dəqiqə ərzində bişirin.
9. Masaya verdikdə üzərinə xırda doğranmış cəfəri səpin.
Nuş olsun!
Evdarliq.az