İnqrediyentlər:
- 1 l bulyon (və ya su)
- 300 qr qırmızı mərci
- 2 ədəd kök
- 2 ədəd baş soğan
- 1 x.q. tomat pastası
- 1/2 ç.q. zirə
- kərə yağı
- duz, istiot
Hazırlanması:
1. Xırda doğranmış soğanı yağda bir qədər qızardın.
2. Kökü sürtgəcdən keçirin, soğana əlavə edin, yumşana qədər qızardın.
3. Tomat və zirə əlavə edin, 1-2 dəqiqə qızardın.
4. Mərcini yaxşı yuyun, qazana əlavə edin, üzərinə bulyon (və ya su) əlavə edin, hazır olana qədər (təxminən 20-25 dəqiqə) bişirin.
5. Hazır olana 5 dəqiqə qalmış duz, istiot əlavə edin.
6. Şorbanı blenderlə xırdalayın.
Nuş olsun!
Evdarliq.az