Ağ lobya ilə toyuq. Tez və dadlı!

İnqrediyentlər:

- 500-600 qr toyuğun sinə əti

- 1 banka konservləşdirilmiş ağ lobya (420 qr)

- 3 ədəd pomidor

- 1 soğan

- 2 diş sarımsaq

- bitki yağı

- 1/2 stəkan bulyon (və ya su)

- duz, istiot, göyərti (zövqə görə)

Hazırlanması:

1. Toyuğu orta tikələrə doğrayın.

2. Soğanı halqa kimi, sarımsağı nazik-nazik doğrayın, bitki yağında bir qədər qızardın.

3. Toyuğu əlavə edin, bir qədər qızardın.

4. Pomidorların qabıqlarını soyun, kub şəklində doğrayın, əlavə edin, qarışdırın.

5. 1/2 stəkan bulyon (və ya su) tökün, qazanın qapağını bağlayın və vam odda 25 dəqiqə ərzində bişirin.

6. Duz, istiot, lobya əlavə edin, qarışdırın, 5-7 dəqiqə bişirin.

7. Masaya verdikdə üzərinə xırda doğranmış göyərti səpin.

Nuş olsun!

Evdarliq.Az