Tənbəl kələm dolması. Əla dad!

Kələm dolmasını hazırlamağa vaxtınız yoxdursa, bu reseptdən istifadə edin.

Tərkib:

- 500 qr ət

- 1/2 stəkan düyü

- 1/2 baş kələm

- 1 ədəd kök

- 1 ədəd soğam

- 2 ədəd pomidor

- 1 ədəd bolqar bibəri

- 1 yumurta

- 1/2 dəstə reyhan, duz, istiot

- 50 qr holland pendiri

- 50 qr kərə yağı

- 1 çimdik darçın, duz, istiot

Hazırlanması:

1. Kök, soğan, bibər nazik-nazik doğranılır, kərə yağında bir qədər qızardılır.

2. Qabıqları təmizlənmiş pomidor sürtgəcədən keçirilir, tərəvəzlərə əlavə olunur, bir qədər qızardılır.

3. Düyü bişirilir, kələm nazik-nazik doğranılır.

4. Farş, tərəvəzlər, düyü, kələm qarışdırılır.

5. Duz, istiot, darçın, xırda doğranmış reyhan, yumurta əlavə olunur, qarışdırılır.

6. Alınmış kütləni formaya qoyun.

7. Sobanı qabaqcadan 200 C qədər qızdırın və "kələm dolmasını" 40 dəqiqə ərzində bişirin.

8. Bişənə 5 dəqiqə qalmış üzərinə sürtgəcdən keçirilmiş pendir səpin və yenə sobaya qoyun. Pendir əriyəndə sobadan çıxardın.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...