Amerika sayağı ətirli toyuq

Tərkib:

- 3 x.q. sirkə

- 1 çımdik darçın

- 2 x.q. xardal

- 1 stəkan bitki yağı

- toyuq (təxminən 2 kq)

- 2-3 diş sarımsaq

- duz, qara istiot

- dəfnə yarpağı

Hazırlanması:

1. Marinad hazırlayırıq: Bitki yağı xardalla yaxşı qarışdırılır. Sirkə, sürtgəcdən keçirilmiş sarımsaq, darçın, duz, istiot əlavə olunur, yaxşı qarışdırılır.

2. Toyuğu doğrayın, üzərinə marinad tökün, yaxşı qarışdırın, dəftə yarpağı əlavə edin.

3. Toyuğu 24 saat ərzində soyuducuda saxlayın.

4. Sobanı 220 C qədər qızdırın, toyuğu tavanın üzərinə qoyun, 35-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az