Ləzzətli badımcan qızartması. Siz də hazırlayın!

İnqrediyentlər:

- 2 ədəd badımcan

- 1 baş soğan

- 2 diş sarımsaq

- 150 qr xama

- qara istiot, duz

- bitki yağı

Hazırlanması:

1. Badımcanları təmizləyin, kub şəklində doğrayın, duzlu suda 30 dəqiqə saxlayın.  

2. Soğanı doğrayın, tavada bitki yağında yumşalana qədər qızardın.

3. Badımcanı sıxın, tavaya əlavə edin, qızardın.

4. Sarımsağı sarımsağəzənlə sıxın, xama ilə qarışdırın

5. Badımcan yumşalanda xamanı üzərinə tökün, duz, istiot vurun, qarışdırın, 5-7 dəqiqə vam odda bişirin.  

6. Masaya verdikdə üzərinə xırda doğranmış keşniş səpin.

Nuş olsun!

Evdarliq.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI