Yaxınlarınızı çox dadlı qeyri-adi kotletlərlə sevindirmək istəyirsinizsə, mütləq bu reseptdən istifadə edin.
Tərkib:
- 500 qr farş
- 4 ədəd yumurta (1 çiy, 3 bişmiş)
- 1 ədəd baş soğan
- 1 dəstə cəfəri
- 2 tikə ağ çörək
- duz, istiot
- 150 qr süd
- bitki yağı + kərə yağı (qızartmaq üçün)
Hazırlanması:
1. Əti süddə isladılmış və sıxılmış çörəklə birlikdə ətçəkən maşınından keçirdin, duz, istiot, çiy yumurta əlavə edin, qarışdırın.
2. İçlik hazırlayırıq. Soğanı doğrayın və bitki yağında qızılı rəng alana qədər qızardın. Bişmiş yumurtanı və göyərtini xırda doğrayın və qızardılmış soğanla qarışdırın.
3. Farşdan götürüb ortasına içlik qoyun, kotlet formasına salın, üyüdülmüş suxarıya batırın və bitki ilə kərə yağı qarışığında qızardın.
Nuş olsun!
Evdarliq.Az