Tomat marinadında toyuq

Tərkibi:

- 8-10 hissəyə bölünmüş toyuq;

- Üzərinə səpmək üçün küncüt;

Marinad üçün:

- 50 qram tomat pastası

- 30 ml su

- 2 xörək qaşığı şəkər tozu

- 2 xörək qaşığı sirkə

- 2 diş əzilmiş sarımsaq

- 1 ç.q. cirə

- 1/2 çay qaşığı duz

- istiot (zövqə görə)

Hazırlanma qaydası:

1. Marinadı hazırlayıb toyuğun üzərinə əlavə etmək. Bir neçə saata və ya bir gecəyə kənara qoymaq lazımdır.

2. Toyuğu şüşə formaya yerləşdirib əvvəlcədən qızdırılmış sobaya 200 dərəcədə yarım saat hazırlamaq lazımdır, sonra dərəcəni 190 dərəcəyədək azaltmaq və daha yarım saat bişirmək lazımdır.

3. Prosesin sonuna 10-15 dəqiqə qalmış kücütü üzərinə səpmək.

Nuş olsun!

Vib.az



 

 

.