Tərkibi:
3 alma
1 limon
50 q qara çay
2 x.q. narın şəkər tozu
1 x.q. mixək
2 darçın çubuğu
Sobanı 100 dərəcə qızdırın.
Almaları təmizləyib kubik doğrayın. Dərin qaba yığın, üzərinə limon şirəsi və şəkər tozu töküb yaxşıca qarışdırın.
Siniyə bir lay yığın, sobaya qoyub 1 saat 30 dəqiqə qurudun.
Sonra sobadan çıxarıb elə sinidə tam soyudun.
Darçın və mixəyi quru tavada orta itilikli odda 2 dəqiqə qovurun. Həvəngdəstədə döyün. Blenderdə də xırdalaya bilərsiniz, amma həvəngdəstədə hazırlasanız, ətri daha güclü olacaq.
İri qabda quru çay, ədviyyat və almanı qarışdırın.
Ağzı hermetik bağlanan qaba yığıb 2 həftə saxlayın. Sonra adi çay kimi dəmləyin.
Nuş olsun!
Milli.az