İçkilər

Smuzi - faydalı kokteyl. Arıqladır və bağırsaqları təmizləyir!

Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.

Smuzi blenderdə hazırlanır və onun hazırlanması zamanı süd, kefir, yoqurt, qaymaq, şokolad, qoz-fındıq, meyvə quruları, bal və s. əlavə oluna bilər. Smuzi pərəstişkarları deyirlər ki, smuzi hazırlamaq üçün irəyiniz istədiyi inqrediyentləri qarışdırmaq olar. Ən əsası - istək və yaxşı blender.

Hal hazırda smuzi bütün dünyada ən dəbli duru qida növüdür. Qərb ölkələrdə hətta xüsusi smuzi-restoranları açılır, smuzi haqqında çoxlu kitablar buraxılır, verlişlər çəkilir və s. "Smuzi" sözü "smoothie" (ingilis dilində - xoş, yumşaq, hamar) sözündən əmələ gəlib.

Smuzi sağlam, faydalı və dietik qida sayılır. Dietoloqlar və həkimlər bu fikiri təsdiq edir.

Təbii şirələrlə müqayisədə smuzinin çoxlu üstünlükləri var. Smuzi hazırlanması zamanı meyvə və ya tərəvəz tam şəkildə istifadə olunur. Bu isə o deməkdir ki, meyvə və ya tərəvəzdə olan bütün faydalı vitamin və mikroelementlər saxlanılır. Bundan əlavə smuzi sellülozla (meyvə və tərəvəzlərdə olan təbii liflər) zəngindir ki, bu səbəbdən smuzi orqanizm tərəfindən şirələrlə müqayisdə daha yaxşı mənimsənilir.

Smuzi orqanizmi çox yaxşı təmizləyir, orada yığılan toksinlər, şlaklar, ağır metallar, sərbəst radikallar və s. ziyanlı maddələri orqanizmdən çıxardır, xolesterinin səviyyəsini aşağı salır, insanı daha gümrah edir.

Smuzi uşaqların qidalanmasında geniş istifadə oluna bilər. Bir çox uşaqlar meyvə və tərəvəzləri xoşlamır, süd məhsullarını yemir. Lakin dadlı smuzi onların xoşuna gələ bilər.

Yaşlı, xəstə, zəiflənmiş insanların qidalanmasında smuzini çox faydalı dietik məhsul kimi istifadə etmək olar. Yaşlı insanların bir çoxusu diş problemlərindən əziyyət çəkir ki, bu onlara bərk meyvə və tərəvəzləri qəbul etmək imkan vermir. Bu halda smuzi ən yaxşı seçimdir.

Smuzinin heç bir ziyanı və ya əks-təsirləri yoxdur (insanda smuzi hazırlanmasında  istifadə olunan məhsullara allergiya və ya dözümsüzlük yoxdursa).

Smuzi tamdəyərli şam yeməyi və ya ikinci nahar kimi istifadə oluna bilər.

Arıqlamaq istəyən insanlar üçün smuzi ən yaxşı seçimdir. Müxtəlif smuzilərin istifadəsi həm orqanizmi lazım olan vitamin və minerallarla təmin edir, həm də arıqlamağa kömək edir. Lakin bu halda şirin kalorili meyvələrdən, qaymaqdan, şokoladdan, şəkərdən, təbii ki, istifadə olunmur.

Smuzi reseptləri

Bananlı smuzi

Lazım olan məhsullar: 3 dənə banan, 1 l süd, 1 xörək qaşığı şəkər, 1 paket vanil. Banan doğranılır, süd, şəkər tozu, vanil əlavə olunur və blenderlə yaxşı qarışdırılır.

Balqabaqlı smuzi

Lazım olan məhsullar: təmizlənmiş balqabaq - 300 qr, süd - 2 stəkan, bal - 1-2 çay qaşığı (zövqə görə), yulaf yarması - 2-3 xörək qaşığı, darçın (zövqə görə). Balqabaq doğranılır və digər ingredientlərlə birlikdə blenderlə əzilir.

Kivili smuzi

Lazım olan məhsullar: 3 dənə kivi, 1 dənə sulu alma, 200 qr duru yoqurt, şəkər tozu (zövqə görə).

Öz zövqünüzə uyğun istədiyiniz inqredientlərdən müxtəlif smuzi hazırlaya bilərsiniz.

Saglamolun.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qiyməli pizza

Qiyməli pizza

Qəlyanaltılar Hits:3431

Lazım olan ərzaqlar: (30 smlik pizza üçün)

Soyuqdəymə zamanı bunları için. TEZ SAĞALACAQSINIZ

Soyuqdəymə zamanı bunları için. TEZ…

Maraqlı... Hits:4468

Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz...

Saçlar üçün çox effektli vitaminli maska. Ani effekt!

Saçlar üçün çox effektli vitaminli…

Kosmetologiya Hits:17805

Yazda saçların vəziyyəti pisləşir - saçlar...

Çizkeyk. Asan resept

Çizkeyk. Asan resept

Şirniyyat Hits:3400

Tərkib: Xəmir: - 300 qr şəkərli peçenye

Arıqlamaq üçün möcüzəli yemək – kərəviz şorbası

Arıqlamaq üçün möcüzəli yemək –…

İsti yeməklər Hits:2830

Amerika cərrahları artıq çəkidən əziyyət çəkən...

Sadə ŞOKOLADLI KEKS

Sadə ŞOKOLADLI KEKS

Şirniyyat Hits:5305

Ərzaqlar: - 1 stəkan un - 200 qr...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:948

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az