Mütəxəssislər XƏBƏRDARLIQ EDİR - İsti havalarda bu içkilərdən uzaq durun!

İsti yay günlərində bədənimiz daha çox maye ifraz edir.

Mütəxəssislər bildirirlər ki, yayda bəzi içkilərdən uzaq durmaq lazımdır.

Bəs isti havalarda nə içilməlidir?

Milli.Az medicina.az saytına istinadən təqdim edir:

Su tərkibində heç bir qatqısı, şəkər və duz yükləməsi olmayan, orqanizmin ən çox ehtiyac duyduğu içkidir. Bədəni tez -tez su ilə doldurmaq lazımdır. Su içməyi sevməyənlər içərisinə xiyar, limon, darçın çubuğu, çiyələk dilimləri və ya buzlar da ata bilərlər. Amma şəkər və duzdan qaçmaq lazımdır.

SÜD VƏ AYRAN DA BƏDƏNİN İTİRDİYİNİ GERİ QAZANDIRIR

Süd və ayran da protein, karbohidrat, kalsium və elektrolitlər baxımından zəngindir və bədəni dəstəkləyir. Xüsusilə tərləməklə bədəndən atılan natriumun geri qaytarılmasında süd önəmli rol oynayır. Bunun kimi ayran da bədənin itirdiklərini geri qazandırır. Eyni zamanda, probiotik özəlliyi ilə həzm sisteminin düzəlməsinə kömək edir. Ayranı duzsuz və ya az duzlu için.

 

Təzə sıxılmış meyvə və tərəvəz suları da tərkibindəki vitamin və minerallar baxımından zəngin və ləzzətli bir alternativdir.

ALKOQOLDAN UZAQ DURUN!

İsti havalarda yüksək miqdarda şəkər və qatqı maddəsi olan qazlı və qazsız içkilər və böyük miqdarda su itirməsinə səbəb olan alkoqollu içkilərdən uzaq durmaq lazımdır.

Evdarliq.Az