Bu çox dadlı və faydalı içkidir.
Tərkib:
- 70 qr təzə tərxun
- 4 limon
- 150 qr şəkər tozu
- 1,5 l qazlı su
- 200 qr qazsız su
Hazırlanması:
1. Tərxunun yarpaqları xırda doğranılır (gövdələrdən istifadə etmirik).
2. 200 ml adi suda şəkər tozu əridilir, doğranmış tərxun əlavə olunur, vam odda qaynara düşənə qədər saxlanılır, oddan götürülür və 3-4 saat dəmlənilir.
3. Dəmləməni blenderlə qarışdırın, sonra yaxşı süzün.
4. Limonların şirəsini sıxın.
5. 2 l-lik balona süzülmüş tərxun suyunu, limon şirəsini, qazlı suyu əlavə edin, taxta qaşıqla yaxşı qarışdırın.
6. Hazır limonadı soyuducuda saxlayın.
Nuş olsun!
Evdarlıq.Az