İçkilər

Çiyələkli kvas. Dadlı sərinləşdirici içki

Tərkibi:

- 250 q çiyələk

- 700 ml su

- 2-3 x.q. şəkər tozu

- 0,5 ç.q. limon duzu

- kişmiş

Hazırlanması:

1. Çiyələyin üzərinə su töküb ocağın üstünə qoyun. Qaynara düşdükdən sonra söndürün. 20 dəqiqə saxlayın.

2. Şəkər tozu, limon duzu qatıb qarışdırın, süzün. Butulkalara süzüb otaq temperaturunadək soyudun.

3. Sonra hər butulkaya 5-6 kişmiş atın.

4. Kvası iki-üç gün otaq temperaturunda, amma qaranlıq yerdə saxlayın. Günlərin sayı artıq da ola bilər, hər şey temperaturdan, kvasın qıcqırmasından asılıdır. Hazır olduqda kişmişlər yuxarı qalxacaq və köpük əmələ gələcək.

5. Bundan sonra kvası 4-5 gün də soyuducuda saxlamaq lazımdır.

Nuş olsun!

Milli.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика