Məhsullar haqqında

İspanağın faydaları

Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var.

Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə onun vətəninin həmin ölkələr olduğu güman edilir.

Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırmışdı.

İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Bir çox dünya ölkələrinin kulinariyasında ispanağın özünəməxsus yeri var. Ondan xörək, salat, şoraba, qəlyanaltı, püre, sous və konservlərin hazırlanmasında istifadə edilir. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.

- İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur.

- İspanağın tərkibində olan fol turşusu hamiləlik zamanı döldə sinir sisteminin normal formalaşmasını təmin edir, yaşlılarda isə Alzheymer xəstəliyinin qarşısını alır.

- Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri sayəsində qanyaranmanı sürətləndirir, dəmir çatışmazlığı ilə müşayiət edilən qanazlıqlarında olduqca faydalı təsir göstərir, həmçinin dərialtına piy toplanmasının və sellülitin qarşını alır.

- İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı mədə və bağırsaqların, mədəaltı vəzin şirə ifrazını artıraraq həzmi yaxşılaşdırır, bronxların sekresiyasını stimulyasiya edərək bəlğəmin yumşalmasını və xaric olmasını asanlaşdırır. İspanaq tərkibindəki həzm olunmayan liflər sayəsində bağırsağın selikli qişasını qıcıqlandıraraq onun normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. İspanaq karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.

- İspanaq orqanizmdə K vitamininin çatışmazlığı nəticəsində yaranan sümük zəifliyi, qanaxmaya meyillik, damar kirəclənməsi kimi bəzi xəstəliklərin müalicə və profilaktikasında olduqca faydalıdır. Həmin vitamin sümüklərə kalsium, maqnezium və fosforun keçməsini asanlaşdıran osteokalsin maddəsini aktivləşdirir. K vitamini ilə zəngin olan ispanaq uşaq, yeniyetmə və qadınların qidalanmasında əvəzedilməz rol oynayır.

- İspanaq prostat vəzi xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı onların öz-özünü məhv etməsinə səbəb olur.

- İspanaq tərkibində olan lütein və zeoksantin maddələri sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti artırır, yuxunu yaxşılaşdırır, həmçinin makulada yaranan degenerasiya proseslərini ləngidərək görmə zəifləməsinin qarşısını alır.

- Mütəmadi ispanaq qəbulu tərkibindəki yüksək miqdarda E vitamini, koenzim Q10, lipoy turşusu sayəsində sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının və erkən yaşlanmanın qarşısını alır, dərinin təravətli qalmasını təmin edir.

Tərkibində orqanizmə asan sorulan bitki zülallarının miqdarına görə yalnız noxud və lobyadan geri qalır.

İspanaq bişirildikdən sonra 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qaldıqda ispanaqlı yeməyin tərkibində bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İstifadə olunduqdan 2-3 saat sonra göyərmə, təngnəfəslik, ürəkbulanma və ishal kimi zəhərlənmə əlamətləri baş verir. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə riskini azaldır.

Mənbə: Herba Flora jurnalı


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика