Məhsullar haqqında

Kərə yağı ziyanlıdır yoxsa faydalı?

XX-ci əsrin ortalarında bütün dünya xolesterinlə mübarizə aparmağa başladı.

Kərə yağı, yağlı xama, qaymaq və s. adi məhsullar birdən birə "ziyanlı" hesab edilməyə başlandı.

Bütün dünyada həkimlər bu məhsulları pəhrizdə minimuma azaltmaq və hətta pəhrizdən tam çıxartmaq məsləhət edirdilər. ABŞ və bəzi Avropa ölkələri bu ideyanı çox həvəslə həyata keçirməyə başladılar. Məsələn, kərə yağı hər yerdə bitki yağları və marqarinlə əvəz olunmağa başlandı.

Lakin illər keçdikdən sonra məlum olub ki, xolesterinlə mübarizə heç də dünyada ürək-damar xəstəliklərin və aterosklerozun azalmasına səbəb olmadı.

Ənənəvi fransız mətbəxində xolesterinlə zəngin olan gidalar böyük yer tutur. Fransızlar əksər qidalara kərə yağı və yağlı qaymaq əlavə edirlər. Lakin buna baxmayaraq fransızlarda ürək-damar sistemi xəstəlikləri və piylənmə bitki yağları və marqarinə üstünlük verən ABŞ ilə müqayisədə dəfələrlə azdır.

Kərə yağı ən faydalı qida məhsullarından biridir. Bu məhsulu hər bir insan hər gün qəbul etməlidir. Kərə yağının tərkibində bir çox əvəzsiz vitaminlər (A, D, E, C, B, K), kalsium, kalium, fosfor, yağlı turşular və aminoturşular var.

Kərə yağının tərkibində müəyyən miqdarda xolesterin də var. Lakin xolesterin heç də insan orqanizminin "düşməni" deyil (təbii ki, orqanizmə normal miqdarda daxil olduqda). Əksinə xolesterin insan orqanizminin bir çox sistemlərinin normal fəaliyyəti üçün çox vacibdir. Belə ki, xolesterin cinsi hormonların əsas "tikinti materialıdır". Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə tutulan xolesterinsiz pəhrizlərə aludə olan qadınların bir çox hissəsində menstrual dövr pozulur, ovulyasiya baş vermir, erkən klimaks və sonsuzluq inkişaf edə bilər.

Bundan əlavə xolesterin orqanizmin bütün hüceyrələrinə daxildir. Xolesterinsiz hüceyrələrin bölünməsi və nəticədə boyatma və inkişaf proseslər mümkünsüz olardı. Bu xüsusilə uşaqlar üçün vacibdir. Əgər xolesterin uşaq orqanizminə lazım olan miqdarlarda daxil olmazsa, boyatma prosesi ləngiyəcək.

Yüksək qidalı xüsusiyyətlərinə görə kərə yağı zəifləmiş insanlar, uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar üçün olduqca xeyirlidir.

Kərə yağı həzm proseslərinə yaxşı təsir edir, allergik və nəfəsalma sistemi xəstəliklərinin (hətta vərəmin və astmanın) profilaktikasında böyük rol oynayır, immun sistemini möhkəmləndirir, sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir, insanın iş qabiliyyətini və beyinin fəaliyyətini yaxşılaşdırır.

Bundan əlavə kərə yağı dərinin, dişlərin, gözlərin sağlamlığında da böyük rol oynayır.

Ənənəvi kərə yağının yağlılığı 82,5% təşkil edir. Əgər yağın bağlanmasında digər rəgəmlər (daha aşağı faiz) göstərilibsə, bu o deməkdir ki, bu məhsul təbii kərə yağı deyil. Kərə yağı öz faydalı xüsusiyyətlərini folqadan olan bağlamada daha yaxşı saxlayır. Bu səbəbdən belə bağlamalarda olan kərə yağına üstünlük verin.

Beləliklə, kərə yağı çox faydalı və insan orqanizmi üçün lazımlı məhsuldur.

Evdarlıq.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Aralıq dənizi pəhrizi. Təsirlii və ziyansız!

Aralıq dənizi pəhrizi. Təsirlii və…

Sağlamlıq Hits:1734

Bu pəhriz həkim və dietoloqların tərəfindən...

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:381

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Mandarin mürəbbəsi. RESEPT

Mandarin mürəbbəsi. RESEPT

Qışa tədarük Hits:6471

Ərzaqlar: - 1 kq mandarin - 800 qr-1...

Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər…

Ana və uşaq Hits:2931

Hazırda uşaqlar arsında ən çox rast...

Sızanaqları aparan asan və effektli MASKALAR

Sızanaqları aparan asan və effektli…

Kosmetologiya Hits:1393

Sızanaqlardan qurtulmaq çox çətin olur. Həm...

Ev şəraitində arzuolunmaz tüklərdən azad olmaq üçün təbii üsul

Ev şəraitində arzuolunmaz tüklərdən azad…

Kosmetologiya Hits:51384

Bu epilyasiya növü şərq ölkələrində çox...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

İsti yeməklər Hits:161

Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:322

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:350

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:611

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:381

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:442

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3447

Tomat, turşu, mürəbbə kimi bir çox...

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN İSTİFADƏ EDİN

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN…

Faydalı məsləhətlər Hits:380

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az