Məhsullar haqqında

Cəfərinin faydaları. Siz də bunu bilməlisiniz!

Cəfəri çox zəngin kimyəvi tərkibə malikdir.

Cəfəridə A, C, B qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər, müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, kalsium, maqnezium, fosfor, natrium və s.), efir yağları, zülal, fermentlər və s. var.

Məhz bu zəngin tərkib cəfərini insanın sağlamlığı üçün çox faydalı edir:

1. Cəfəri insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödemləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.

2. Cəfəri dəmləmələri (yarpaqlar və köklər istifadə olunur) və şirəsi arterial təzyiqi normallaşdırır.

3. Cəfəri güclü sidikqovucu xüsusiyyətlərinə malikdir. Məhz bu səbəbdən cəfəri sidik ifrazı sistemi iltihabları zamanı, böyrək daşı xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Cəfəri dəmləmə, şirə şəklində istifadə olunur. Uzun müddət ərzində qəbul etdikdə cəfəri böyrəkləri qumdan, duzlardan, hətta kiçik daşlardan təmizləyir.

4. Cəfəri C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən cəfəri insanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.

5. Cəfərinin tərkibində fermentlər və inulin var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır.

6. Cəfəri damaqları bərkidir və dişləri ağardır, ağızdan gələn pis qoxunu yox edir.

7. A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.

8. Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.

9. Cəfəri kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir, çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Cəfəri dəmləməsi dəridə iltihablar, civzələr zamanı da yaxşı müalicəvi təsir edir, dərini təmizləyir.

Evdarliq.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Dadlı leço resepti

Dadlı leço resepti

Qışa tədarük Hits:17654

Çox dadlı leço alınır. Reseptdə sirkə...

Qışda çatlayan dodaqlar üçün vanilli balzam

Qışda çatlayan dodaqlar üçün vanilli…

Kosmetologiya Hits:1921

Qışda dodaqlarınızın tez-tez quruyub çatlamağından narazısınızsa...

Bürclərə görə qadınların hansı keyfiyyəti kişiləri valeh edir?

Bürclərə görə qadınların hansı keyfiyyəti…

Maraqlı... Hits:1570

Bürclərə görə qadınların hansı keyfiyyəti kişiləri...

Ev şəraitində KARAMELin hazırlanması

Ev şəraitində KARAMELin hazırlanması

Şirniyyat Hits:1067

Karamel tort, pirojna, müxtəlif digər şirniyyatların...

Toyuq filesi, qarğıdalı və pendirlə dadlı salat

Toyuq filesi, qarğıdalı və pendirlə…

Salatlar Hits:11445

Tərkib: - 200 qr toyuq filesi - 2...

Mənəvi cəhətdən ən güclü və ən zəif bürclər hansılardır?

Mənəvi cəhətdən ən güclü və…

Maraqlı... Hits:8064

Qəribədir, amma bəzi bürclər özünəinamı, cəsarəti...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Dərini ağardan və təmizləyən TƏBİİ LOSYON. Evdə hazırlayın

Dərini ağardan və təmizləyən TƏBİİ…

Kosmetologiya Hits:117

Dərini ağartmaq və təmizləmək üçün bir...

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

İsti yeməklər Hits:272

Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:495

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:393

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:759

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:421

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:529

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3492

Tomat, turşu, mürəbbə kimi bir çox...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az