Məhsullar haqqında

Qırmızı soğanın bilmədikləriniz faydaları

Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır.

Belə hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğan "antosian" maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Qırmızı soğanın tərkibində unikal "kversetin" maddəsi var. Kversetinin güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödeməleyhinə, antioksidant xüsusiyyətləri var.

Nəzərə almaq lazımdır ki, faydalı maddələrin konsentrasiyası soğanın ən yuxarıda olan qatında daha çoxdur. Bu səbəbdən qırmızı soğanın qabığını ehtiyatla soymaq lazımdır.

Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Alimlər tərəfindən sübut olunub ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında "pis" xolesterinin səviyyəsi aşağı düşür. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər.

Həmçinin qırmızı soğan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet xəstələri bu tərəvəzi öz qidalanmasına daxil etməlidir.

Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır - iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir.

Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Marmeladla qeyri-adi piroq

Marmeladla qeyri-adi piroq

Şirniyyat Hits:2273

Tərkib: - 100 qr şəkər tozu

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Şirniyyat Hits:5086

Biskvit: - 3 yumurta - 150 qr şəkər...

Qadınlar bunları mütləq bilməlidir – 15 MƏSLƏHƏT

Qadınlar bunları mütləq bilməlidir –…

Faydalı məsləhətlər Hits:9330

Sizə qadınların mütləq bilməli olduğu və...

Qeyri-adi toyuq qəlyanaltısı

Qeyri-adi toyuq qəlyanaltısı

Qəlyanaltılar Hits:4758

Çox dadlı və qeyri-adi qəlyanaltıdır.

Kərə yağını necə əritmək lazımdır? - QAYDASI

Kərə yağını necə əritmək lazımdır?…

Faydalı məsləhətlər Hits:1595

Azərbaycan mətbəxinin ləzzət sirri yeməklərin kərə...

Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ

Kartoflu piroq. 30 dəqiqəyə əla…

Qəlyanaltılar Hits:21873

Tərkib: - 4 ədəd çiy kartof - 1...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:88

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:257

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:211

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5263

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3340

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:749

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1639

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:738

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az