Məhsullar haqqında

Ağ turpun faydaları

Bu tərəvəz nadir xüsusiyyətlərə malikdir. 

Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar hazırlamaq olar.

Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata  duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.

Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.

Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir.Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.

Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.

Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.

Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə maskaların bir variantı: ağ turpun bir tikəsi  sürtgəcin kiçik gözündən keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)

Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qara nöqtələri yox edən SADƏ MASKALAR

Qara nöqtələri yox edən SADƏ…

Kosmetologiya Hits:14982

Cavan, dərisi yağlı olan qadınların üz...

Saçların tökülməsini azaldan ot dəmləmələri

Saçların tökülməsini azaldan ot dəmləmələri

Kosmetologiya Hits:3175

  Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini...

Yaşıl lobya nə ilə faydalıdır?

Yaşıl lobya nə ilə faydalıdır?

Ərzaqlar Hits:1505

Lobyanın vətəni Qədim Misir sayılır. Lobya...

Kişi və qadın arasında 40 FƏRQ. Çox maraqlı bilgilər!

Kişi və qadın arasında 40…

Maraqlı... Hits:1019

Ailem.az kişi ilə qadın arasında 40...

Portağalla dadlı MANNİK

Portağalla dadlı MANNİK

Şirniyyat Hits:1899

Tərkib: - 2 yumurta - 1 stəkan manna

Peçenyedən bişmiş kremlə TORT

Peçenyedən bişmiş kremlə TORT

Şirniyyat Hits:6704

İnqrediyentlər: - 700 qr süd

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:54

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:191

Məhsullar: - 2 badımcan

Gözəl olmaq üçün darçından istifadə edin

Gözəl olmaq üçün darçından istifadə…

Kosmetologiya Hits:463

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa...

Xurma ilə dadlı piroq

Xurma ilə dadlı piroq

Şirniyyat Hits:444

Məhsullar: - 1,5 stəkan un

Mükəmməl makiyaj üçün 10 məsləhət

Mükəmməl makiyaj üçün 10 məsləhət

Kosmetologiya Hits:654

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə...

Noxud və qoyun əti ilə sadə və dadlı sup

Noxud və qoyun əti ilə…

İsti yeməklər Hits:272

Tərkib: - 800 qr qoyun əti

Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL

Ağ paltardakı ləkəni aparan 3…

Paltarlara qulluq Hits:455

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək...

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Təmizlik işləri Hits:833

Artıq yay ayları gəlir və yun...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az