Məhsullar haqqında

Kivinin faydaları haqqında

Kivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX-cu əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.

Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.

Əgər siz qida qəbul etdikdən sonra mədənizdə ağırlıq, qıcqırmanı hiss edirsizsə, kividən istifadə edin. Kivi orqanizm tərəfindən ət xörəklərin mənimsənilməsinə çox yaxşı kömək edir. Bu səbəbdən xarici mətbəxlərdə kivi ət və balıq xörəklərin hazırlanmasında daim istifadə olunur.

Orqanizmi artıq duzlardan azad edə bilən kivi böyrəklərdə daşların əmələ gəlməsinə mane olur və böyrək daşı xəstəliyinin ən yaxşı profilaktik vasitələrdən biri sayılır.

Kivi müxtəlif kosmetoloji maskaların tərkibinə daxildir. Belə maskaların istifadəsindən sonra dəri daha yumşaq, parlaq və hamar görünür, cavanlaşır və dartılır.

Bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq kivi güclü allergik reaksiyalara səbəb ola bilən giləmeyvədir. Bu səbəbdən allergik xəstəlikləri olan insanlar və 5 yaşına qədər olan uşaqlar bu meyvəni yeməməlidir.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Sarımsaqlı suxariklər. Uşaqları sevindirin!

Sarımsaqlı suxariklər. Uşaqları sevindirin!

Qəlyanaltılar Hits:7822

Uşaqların əksəriyyəti dükanlarda satılan suxarikləri xoşlayır...

Tez hazırlanan XAMALI PEÇENYE

Tez hazırlanan XAMALI PEÇENYE

Şirniyyat Hits:12838

Tərkib: - 200 qr qatı xama - 100...

Ev şəraitində kosmetik maskaların istifadəsi. Əsas qaydalar

Ev şəraitində kosmetik maskaların istifadəsi…

Kosmetologiya Hits:2762

Üz dərisindəki bir çox problemləri aradan...

Ərəb nağılları tortu

Ərəb nağılları tortu

Şirniyyat Hits:10440

"Ərəb nağılları" tortunun hazırlanma qaydasını təqdim...

Tez hazırlanan BİSKVİT TORTU

Tez hazırlanan BİSKVİT TORTU

Şirniyyat Hits:5371

Xəmir: - 3 iri yumurta (və ya...

Tez hazırlanan ŞAFTALI POVUDLOSU

Tez hazırlanan ŞAFTALI POVUDLOSU

Qışa tədarük Hits:2993

Bu dadlı povudlonu qışda piroqlar, peçenye...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:159

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:372

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:286

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5421

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3435

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:789

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1749

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:766

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az