Ev şəraitində dadlı, ucuz və ziyansız popkorn - FOTO

Popkorn bir çoxlarının xoşladığı qidalardan biridir.

Əsasən də film izləyərkən popkorn yemək çoxlarının vərdişidir. Ancaq popkornun orqanizmə zərərləri də məlumdur. Çünki mikrodalğalı sobada bişirilmək üçün nəzərdə tutulmuş hazır popkorn paketləri olduqca çox konservant və kimyəvi maddələr ehtiva edir.

Bu halda ev şəraitində ziyansız, dadlı və həmçinin də ucuz başa gələn popkornu necə hazırlamaq olar?

Bunun üçün ilk əvvəl sadəcə bir qarğıdalı bankası (ya da təzə qarğıdalı, sonra özünüz təmizləyin) və kərə yağı alın.

Qarğıdalı dənələrini bir kasaya boşaldın. Dörddə bir stəkan kifayət edəcək.

Sonra kərə yağını doğrayın. Nə qədər yağ kəsmək lazım olduğuna zövqünüzə görə özünüz qərar verin. Adətən bir dəfə üçün iki xörək qaşığı yağ istifadə olunur.

Bundan sonra qarğıdalı tökülmüş kasanın ağzını içinə yağ qoyulmuş boşqabla örtün. Yağ üstdə qalmalıdır.

Sonra kasanı mikrodalğalı sobaya qoyun. Hansı müddətə qoyacağınız sobanın gücündən asılıdır. Adətən sobada 3 dəqiqə saxlanılır.

Boşqab havanın kasadan çıxmasına imkan vermir. Nəticədə istilik daxildə sirkulyasiya edir, qarğıdalı dənələri isə bu halda tez partlayır.

Qarğıdalı dənələri partladıqda kasanı sobadan ehtiyatla çıxarın. Kasa isti olacağı üçün əlcəkdən istifadə edin. Boşqabın içindəki ərimiş yağı yeni partlamış qarğıdalının üzərinə tökün.

Sonda zövqünüzə görə duz əlavə edin. Popkorn hazırdır!

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .