Məhsullar haqqında

Dadlı bulyon və ya sup bişirmək istəyirsinizsə... Faydalı məsləhətlər

- Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.

- Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.  

- Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.

- Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.

- Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.

- Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.

- Hazır bulyon uzun müddət odda qaldıqda dadı itir.

- Mal və toyuq ətini bulyondan süfrəyə verməzdən əvvəl çıxardın. Əks halda ət quru və dadsız olacaq.

- Toyuq bulyonuna heç bir ədviyyat əlavə etməyin, o öz dadını itirir.

- Toyuqdan bulyon bişirdikdə dərisini soymaq lazımdır.

- Arpa yarmasının supu göyümtül alınmasın deyə, yarmanı hazır olana qədər ayrıca bişirin, sonra supa tökün.

- Hazır supda dəfnə yarpağını saxlamayın.

- Əzilmiş sarımsağı supa ən sonda əlavə edin və ya  boşqablara qoyun.

- Sup bişirəndə hazır bulyonu zəif odda, qaynama həddinə çatdırmayaraq qızdırın ki, o, şəffaflığını saxlasın. Bununla belə, qapaq qazanın ağzını kip örtməməlidir.

- Əgər sup çox duzlu çıxıbsa, ona kartof və ya düyü əlavə edin ki, onlar artıq duzu canına çəksinlər.

- Hazır bulyonu dondurmaq və sonra lazım olduqda istifadə etmək olar. Bulyonu dondurucu kamerada 4 ay ərzində saxlamaq olar.

 Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Teflon örtüyü olan qablarda təhlükə

Teflon örtüyü olan qablarda təhlükə

Qab-qacaq Hits:3269

Teflon müasir yanmayan materialdır.

Duzlu kələmin faydaları

Duzlu kələmin faydaları

Ərzaqlar Hits:2157

Duzlu kələm soyuq fəsillərdə bizi bir...

Çuğundur salatı

Çuğundur salatı

Salatlar Hits:7181

Bu çox sadə və eyni zamanda...

Boyat çörəyi təzələməyin ASAN YOLU

Boyat çörəyi təzələməyin ASAN YOLU

Faydalı məsləhətlər Hits:875

Çörək qida rasionumuzda əhəmiyyətli yerlərdən birini...

Ekler pirojnası. Asan resept

Ekler pirojnası. Asan resept

Şirniyyat Hits:19153

Sizə ən dadlı pirojnalardan biri olan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:54

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:191

Məhsullar: - 2 badımcan

Gözəl olmaq üçün darçından istifadə edin

Gözəl olmaq üçün darçından istifadə…

Kosmetologiya Hits:463

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa...

Xurma ilə dadlı piroq

Xurma ilə dadlı piroq

Şirniyyat Hits:444

Məhsullar: - 1,5 stəkan un

Mükəmməl makiyaj üçün 10 məsləhət

Mükəmməl makiyaj üçün 10 məsləhət

Kosmetologiya Hits:654

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə...

Noxud və qoyun əti ilə sadə və dadlı sup

Noxud və qoyun əti ilə…

İsti yeməklər Hits:272

Tərkib: - 800 qr qoyun əti

Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL

Ağ paltardakı ləkəni aparan 3…

Paltarlara qulluq Hits:455

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək...

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Xalçanı yumadan təmizləməyin SADƏ YOLU

Təmizlik işləri Hits:833

Artıq yay ayları gəlir və yun...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az