Dadlı kartof. Mətbəx sirləri

- Soyulmuş kartofu qaralmaqdan qorumaq üçün suda saxlamaq lazımdır.

Lakin kartofun uzun müddət suda saxlanması məsləhət görülmür, çünki belə halda kartof öz qidalı maddələrini itirir.

- İmkan dairəsində ağ kartofu - püre hazırlamaq, sarını - sup, çəhrayını - qızartmaq üçün istifadə edin.

- Təzə kartofdan püre hazırlamaq məsləhət deyil. Yaxşısı budur onu bütöv bişirib yağla verəsiniz. Təzə katrofdan qabığı asan təmizləmək üçün onu əvvəlcə isti, sonra soyuq suya qoymaq lazımdır.

- Kartofu çox qalın soymayın, çünki qabığın altında vitaminlər daha çoxdur.

- Qızarmış kartof daha dadlı olsun deyə, onu salfet ilə qurudub dağ olmuş yağda qızardın. Kartofu çoxlu yağda qızardırlar və yarımhazır olanda duzlayırlar. Kartofu əvvəlcədən duzlayanda dağılır.

- Kartofu orta odda bişirirlər ki, o bir bərabərdə bişsin. Əgər od həddindən artıq çoxdursa, kartof yumruları xaricdən həll bişib partlayırlar, daxildən isə bişməmiş qalır.

- Əgər qabıqla bişmiş kartofun üstünə dərhal soyuq su töksəniz, onu təmizləmək asan olar. Təmizlənmiş kartofun bişirildiyi suya 1 çay qaşığı kərə yağı və ya marqarin, bir az qurudulmuş şüyüd, 2-3 diş sarımsaq və 2-3 dəfnə yarpağını əlavə etsəniz, kartov dadlı və xoş ətirli olar.

- Kartofu duxovkada bişirmək istəyirsinizsə, ona bir neçə yerdən çəngəl batırın ki, partlamasın və üstünə bitki yağı çəkin. Onda kartof daha yumşaq olacaq və büzüşməyəcək.

- Kartof püresinin dadını yaxşılaşdırmaq üçün ona qaynadılmış süd əlavə edin (1 kq kartofa 1/2 stəkan süd). Püreyə soyuq süd əlavə etmək olmaz, onda o, boz rəng alır. Püreyə qatmazdan əvvəl südu qaynama həddinə kimi qızdırmaq və püreyə yavaş-yavaş əlavə etmək lazımdır. Köhnə kartofdan püre daha dadlı çıxsın deyə, ona çalınmış yumurta ağını əlavə edin.

- Kartof cücərəndə nişastanın şəkərə çevrilməsi prosesi sürətlənir. Aşağı temperaturda (0,5 - 0 C) «tənəffüs» prosesi ləngiyir və çoxlu miqdarda şəkər maddəsi toplanır. Bu səbəbdən aşağı temperaturda saxlanan kartof şirin dad verir. Belə kartof istifadədən qabaq 2-3 gün müsbət 18-20 C temperaturda saxlanılmalıdır ki, normal dad kəsb etsin.

- Cücərmiş kartofun tərkibində zəhərli solonin maddəsi var. Onu  görə bu kartofu qızartmaq məsləhət deyil, onu doğrayıb bişirmək lazımdır (suyunu istifadə etmirlər).

Donmuş kartofu bişirmək lazım gəlsə, onu o saat isti suya qoyun. Soyuq suda qalan kartof C vitaminini itirir.

Evdarliq.Az


.
.
Загрузка...