Məhsullar haqqında

Makaron haqqında bunları bilmirdiniz!

1. İnsanların bir çox hissəsi hesab edir ki, makaron məmulatlarının (makaron, vermişel, spaqetti və s.) qəbulu kökəlməyə səbəb olur.

Lakin bu yanlış məlumatdır.

Makaron azkalorili məhsuldur. 100 qr makaronun enerji dəyəri 300-400 kalori təşkil edir. Lakin söhbət quru makarondan gedir. Bişirilmə zamanı makaron çoxlu miqdarda su canına çəkir ki, onun həcmi bir neçə dəfə böyüyür, kalorilərin miqdarı isə artmır.

Əgər insan makaron məmulatlarını az miqdarda bitki yağı və tərəvəzlərlə qəbul edirsə, bu heç zaman kökəlməyə səbəb olmayacaq. Məhz bu səbəbdən makaron hal hazırda dəbdə olan aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir.

Əksinə isə makarona kotlet, qulyaş, sosis, yağlı souslar əlavə olunduqda yemək çox kalorili olur. Belə qidaların tez-tez qəbul olunması kökəlməyə səbəb olur.

Beləliklə, makaron yox, makaronla birlikdə qəbul olunan yağlı qidalar kökəlməyə səbəb ola bilər.

2. Makaron bir çox insanların fikirinə görə az xeyirli məhsuldur. Lakin bu da yanlışdır. Makaron buğda unundan hazırlanır. Makaronun tərkibinə zülal, B qrupu vitaminləri, mürəkkəb karbohidratlar kimi faydalı maddələr daxildir. B qrupu vitaminləri sinir, ürək-damar və orqanizmin digər sistemləri və orqanları üçün olduqca vacibdir.

Makaron məmulatlarının tərkibində olan sellüloz (təbii liflər) bağırsaqların fəaliyyətinə müsbət təsir edir, bağırsaqları orada yığılan ziyanlı maddələrdən təmizləyir.

Karbohidratlar bizim orqanizmimizdə "yanacaq" funksiyasını yerinə yetirir. Mürəkkəb karbohidratlar sadə karbohidratlarla müqayisədə orqanizm tərəfindən daha uzun müddət ərzində mənimsənilir və nəticədə insan özünü uzun müddət ərzində tox hiss edir. Bu isə kökəlmənin qarşısını alır.

3. Makaron ekoloji təmiz məhsul sayılır. Bu məhsulların hazırlanması zamanı konservant, rəngvericilər və s. kimi ziyanlı maddələr istifadə olunmur. Tez bişirilən vermişel ("lapşa") istisnadır. Bu məhsulun tərkibində külli miqdarda dad və rəngvericilər və s. ziyanlı maddələr var. Bu səbəbdən belə məhsulları qəbul etmək olmaz.

4. Ən faydalı makaron buğdanın bərk növlərindən hazırlanır. Belə makaronların səthi hamar olur, səthində qara nöqtələr ola bilər, makaron qızılı və ya kəhrəba rəngində olur, makaron paçkasında qırıntılar olmur. Paçkanın üzərində "A qrupu" ("Группа А"), "durum", "buğdanın bərk növləri" ("пшеница твердых сортов"), "semolina di grano duro" kimi yazılar olur.

5. Xüsusi müalicəvi  makaron növləri mövcuddur. Onların hazırlanması zamanı buğda kəpəyi, vitaminlər, düyü və ya qarabaşaq unu əlavə olunur.

Saglamolun.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Tavada ÇİYƏLƏKLİ TORT

Tavada ÇİYƏLƏKLİ TORT

Şirniyyat Hits:2187

Tərkib: Xəmir üçün - 300 qr kərə...

Ev şəraitində faydalı təbii sabunların hazırlanması

Ev şəraitində faydalı təbii sabunların…

Kosmetologiya Hits:12861

Belə sabunlar dəri üçün çox faydalıdır...

Culiya Robertsin arıq olmağın sirləri

Culiya Robertsin arıq olmağın sirləri

Sağlamlıq Hits:2810

Tanınmış aktrisa və 3 uşaq anası...

Şokoladlı-kəsmikli piroq

Şokoladlı-kəsmikli piroq

Şirniyyat Hits:7512

Çox dadlı və ətirli piroqdur, tez...

Üzünüzü yuyanda suya sirkə əlavə edin. Əla nəticə!

Üzünüzü yuyanda suya sirkə əlavə…

Kosmetologiya Hits:1406

Təbii sirkə (alma və ya üzüm...

Bananlı MAFFİNLƏR. Sadə üsul

Bananlı MAFFİNLƏR. Sadə üsul

Şirniyyat Hits:1409

Məhsullar: - 2 dəymiş banan

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

İsti yeməklər Hits:159

Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:321

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:350

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:610

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:380

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:441

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3447

Tomat, turşu, mürəbbə kimi bir çox...

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN İSTİFADƏ EDİN

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN…

Faydalı məsləhətlər Hits:379

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az