Dadlı və ləzzətli kotletləri hazırlamaq üçün sadə qaydalara əməl etmək lazımdır.
- Farş hazırladıqda ona süddə isladılmış ağ çörək əlavə etdikdə, kotletlər yumşaq alınacaq.
- Kotlet üçün ət nə çox yağlı, nə də çox yağsız olmamalıdır.
- Ət yağsızdırsa, farşa 1 xörək qaşığı bitki yağı əlavə edin.
- Qızartdıqdan əvvəl kotletləri unlamaq lazımdır. Bu məqsədlə həmçinin üyüdülmüş suxarıdan istifadə etmək olar.
- Kotletləri qalın tavada qızartmaq lazımdır, çuğun tavalar ən yaxşı seçimdir.
- Tavanı əvvəl yaxşı qızdırın, sonra isə dibinə nazik lay bitki yağı tökün.
- Kotlet qızartdıqda kərə yağından istifadə olunmur, bu halda kotletlər yanır.
- Kotletləri tavaya qoyduqda fikir verin ki, aralarında bir az məsafə olsun.
- Kotletləri güclü odun üzərində qızartmaq lazımdır. Bu halda kotletlərin şirəsi çıxmayacaq və onlar yumşaq olacaq.
- Kotletlərin hər iki tərəfini qızartdıqdan sonra tavanı qapaqla bağlayın və çox zəif odda tam hazır olana qədər bişirin.
Evdarliq.Az