Məhsullar haqqında

Yaşıl çay nə ilə faydalıdır?

Bir çox insanlar bilir ki, yaşıl çay çox faydalıdır. Bu həqiqətən belədir. Yaşıl çayın faydalı xüsusiyyətləri haqqında hətta kitablar yazmaq olar.

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. Burada hesab edirlər ki, yaşıl çay insanı sağlam və uzunömürlü edir.

Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.

Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez "oyadacaq" və əmək qabiliyyətinizi artıracaq.

Yaşıl çay yaxşı sidikqovucudur. Bu onu böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca xeyirli edir.

Yaşıl çay yaddaşı və diqqəti möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir, insana depressiyadan çıxmasına yardım edir.

Yaşıl çay bütün mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.

Yaşıl çay insanın ürək damar sisteminə də çox müsbət təsir edir - aterosklerozun əmələ gəlməsinin riskini azaldır, damar və kapilyarları möhkəmləndirir, onları elastik edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır. Yaşıl çay arterial təzyiqini aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.

İltihab əleyhinə təsirinə malik olan yaşıl çay kariesin və damaqların iltihabının ən yaxşı profilaktikasıdır.

Nəzərinizə çatdıraq ki, yaşıl çayın bütün bu faydalı xüsusiyyətlərindən yalnız onu daim qəbul etdiyi halda faydalanmaq olur.

Yaşıl çay o cümlədən gözəl kosmetik vasitədir. Çay antiseptik xüsusiyyətlərinə malikdir və bu səbəbdən üz dərisində olan xoşagəlməz səpgilərlə mübarizədə kömək edə bilər. Çay dəriyə tonuslaşdırıcı təsir edir. Kosmetoloqlar çayı soyuducuda xırda kublar şəklində dondurmaq və daha sonra isə bu kublarla üzünü silmək məsləhət verirlər.

Yaşıl çay arıqlamağa da kömək edir.

Yalnız yaxşı və keyfiyyətli yaşıl çay insana fayda verə bilər. Keyfiyyətli yaşıl çay isə bahalı məhsuldur. Bu səbəbdən ucuz yaşıl çay almayın. Ən yaxşı yaşıl çaylar Çində istehsal olunan çaylardır. Çində 1,5 mindən artıq yaşıl çayın növləri var. Bunların arasında "imperator" çayları da var. Bu çaylar ən yaxşı və bahalı sayılır.

Çay təzə olmalıdır. Yaşıl çayın maksimal saxlama müddəti - 2 ildir.

Yaşıl çay böyük çini çaydanda dəmlənilir (çini fincanda da dəmləmək olar). Su çox qaynar olmamalıdır. Qaynar su çayın dadını və ətrini "öldürür". Yaşıl çay süzdükdə ona qaynar su əlavə olunmur.

Yaşıl çay qara çay kimi dəmlənilir. Dəmlədikdən 2-3 dəqiqə sonra yaşıl çayı içmək lazımdır. Yaşıl çay yalnız təzə içilməlidir.

Düzgün dəmlənilmiş yaşıl çayın üzərində köpük əmələ gəlir. Bu köpük da xeyirlidir, onu yığmaq lazım deyil.

Saglamolun.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Almalı-portağallı cem

Almalı-portağallı cem

Qışa tədarük Hits:1583

Çox dadlı və ətirli cem alınır. Tərkib: -...

Qozlu peçenye

Qozlu peçenye

Şirniyyat Hits:9199

Tərkib: Xəmir üçün: - 200 qr kərə yağı

Bürclərlə necə rəftar etməli? - ÖZÜNÜZÜ TANIMAYACAQSIZ

Bürclərlə necə rəftar etməli? -…

Maraqlı... Hits:2512

Özün haqqında yeni nə isə öyrənmək...

Motmotu mürəbbəsinin hazırlanması

Motmotu mürəbbəsinin hazırlanması

Qışa tədarük Hits:4732

Bu çox qeyri-adi dadlı mürəbbədir. Tərkibi: - 1...

Dadlı kartof. Mətbəx sirləri

Dadlı kartof. Mətbəx sirləri

Ərzaqlar Hits:5982

- Soyulmuş kartofu qaralmaqdan qorumaq üçün...

Sızanaqları yox edən sadə vasitələr

Sızanaqları yox edən sadə vasitələr

Kosmetologiya Hits:8732

Təəssüf ki, sızanaqlar tək yeniyetmələrin problemi...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:948

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az