Məhsullar haqqında

Evdə şirniyyatlar hazırladıqda bu qaydalara əməl edin!

 - Tort bişirilən formanı sobadan çıxardıb soyuq suda isladılmış əsginin üstünə qoysanız, tort formadan asan çıxar.

- Yağı tez yumşaltmaq üçün onu bir qaba xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.

- Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və şəkər kirşanı səpin.

- Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz, o saat çıxartmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.

- Qoz ləpəsini torta və piroqa əlavə etməzdən əvvəl bir qədər qovurmaq lazımdır. Onda qozun ətri yaxşılaşır.

- Əgər tort üçün olan biskviti ortadan 2 laya bölmək istəyirsinizsə, tortun qırağından bıçaqla kəsin, ora bərk sap salın və bu ipin köməyi ilə biskviti bölün.

- Tortun aşağıdakı layı üst layına nisbətən daha az şirələnməlidir.

- Biskvit xəmiri, tort, keks orta qızdırılmış sobada bişirilir. Sobanı ilk 15 dəqiqə ərzində açmaq olmaz.

- Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.

- Laylı xəmiri yoğurandan sonra 1 saat ərzində soyuq yerə qoysanız, yaxşı yayılar və oxlova yapışmaz.

- Xəmirdə şəkər çox olduqda bişirilən məmulat tez yanır, xəmir gec gəlir və yumşaq olmur. Şəkər az olduqda isə bişirilən məmulat yaxşı qızarmır.

- Xəmirə soda çox vurulubsa, məmulatın rəngi tünd, xoşagəlməz iyi və dadı olacaqdır.

- Soda tamamilə neytrallaşsın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar, çünki yapıxır və yumşaq olmur.

- Biskvit xəmiri hazırlanarkən çox yoğrulmur, çünki xəmir yapıxır və məmulat bərk olar.

- Biskvit xəmirini uzun müddət saxlamaq olmaz.

- Blinilərin xəmirinə bişməmişdən bir az əvvəl yaxşı çalınmış yumurta ağı əlavə etsəniz, onlar daha yumşaq və dadlı olar.

- Kəsmiyin tərkibində su nə qədər az olarsa, ondan hazırlanan peçenye bir o qədər dadlı olar.

- Xəmirə əlavə etdikdən əvvəl kəsmiyi süzgəcədən sıxmaq lazımdır.

- Yağda qızardılan pirojkilərin xəmiri duxovkada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.

- Pirojki bişirərkən yağ köpüklənməsin deyə, tavaya bir az xörək duzu tökmək lazımdır.

- Yumurtanın ağı şüşə və plastik qabda çalınır. Alüminium qabı istifadə etmək olmaz, ona görə ki, yumurtanın ağı onun içində qarala bilər, emallı qab isə çatlaya bilər.

- Yumurta ağını çalmazdan əvvəl soyutmaq lazımdır. Çalındıqda yumurta ağının həcmi 5-7 dəfə artdığı üçün, yumurta çalınacaq qabı seçdikdə bu, nəzərə alınmalıdır.

- Xəmir yoğrulmamışdan əvvəl un mütləq ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.

- Ev şəraitində şirniyyat hazırladıqda yalnız əla növ undan istifadə edin.

- Mayalı xəmiri yağlanmış əllərlə götürdükdə əllərə yapışmır.

- Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.

- Mayalı xəmirin yağı nə qədər çox olsa, bir o qədər çox ovular.

- Hazır məmulatların üstü qızılı rəng alsın deyə, bişirməzdən əvvəl xəmirin üzərini süd, yumurta,  duzlu və ya şirin su çəkin.

- Xəmirə mütləq bir qədər duz tökmək lazımdır (500 q una 5 q duz). Bu məmulatın dadını yaxşılaşdırır.

- Xəmirə əlavə olunan bütün inqrediyentlər eyni temperaturda olmaldır. Bu səbəbdən bütün lazım olan məhsulları (yağ, süd, xama) qabaqcadan soyuducudan çıxardıb otaq temperaturunda saxlamaq lazımdır. 

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика