Məhsullar haqqında

Dadlı ətin bişirilməsi qaydaları. Faydalı məsləhətlər

- Ət soyuq suda yuyulur, ancaq suda çox saxlamaq məsləhət görülmür.

- Əti taxta üzərində çox saxlamayın, çünki taxta ətin şirəsini özünə çəkir. Əti doğramazdan əvvəl taxtanı soyuq su ilə isladın ki, quru taxta ətin şirəsini özunə çəkməsin.

- Əti bişirərkən yaxşı bulyon almaq istəyirsinizsə - soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə - isti suya salın. Əgər 1 litr bulyona 1 xörək qaşığı limon turşusu əlavə olunsa, onda ət daha yumşaq və dadlı olar. Bişmiş əti bulyonun içində saxlayıb qazanın qapağını örtsəniz, o daha ləzzətli olar.

- Qoca mal ətinin tez bişməsi üçün onu əvvəlcədən xardal ilə sürtün, bişirməmişdən 2 saat qabaq isə soyuq su ilə yuyun.

- Bişmiş ətdən başqa bir xörək də hazırlayacaqsınızsa, əti bütöv bişirin.

- Əti qızartmaqdan əvvəl duzlamayın, çünki duzda onun şirəsi çıxır, bu da ətin keyfiyyətini korlayır.

- Bişirmə zamanı ət tərkibində olan suyun xeyli miqdarını itirir və həcmdə təxminən 40%-ə qədər azalır. 1 kq çiy ətdən 600 q bişmiş ət çıxır. Qızartmada zamanı itki bir qədər az olur - 30-35%. Ət heyvanın növündən və yaşından asılı olaraq 40 dəqiqədən 3 saata kimi bişir.

- Çox vaxt zövqə görə duzlamağı məsləhət görürlər. Bununla belə, müəyyən norma var, 1 kq döyülmüş ətə 1 çay qaşığı, 1 litr supa 1/2 çay qaşığı duz tələb olunur.

- Əti süfrəyə verməyə az qalmış qızartmaq lazımdır.

- Ətin dadını və qidalı xüsusiyyətlərini saxlaması üçün onu dağ olmuş yağda, güclü odda 8-10 dəqiqə ərzində qızardın. Qızartmaqdan əvvəl əti hər iki tərəfdən xüsusi taxta çəkiclə yaxşı döyün.

- Qızarma zamanı ət tikələri bir-birinə toxunmamalıdır. Əgər siz böyük ət tikəsini qızardırsınızsa, hər 10-15 dəqiqədən bir onun üstünə ətdən çıxmış yağı, bulyonu və ya isti su tökün.

- Tavaya bir tikə qabıqlı limon qoyularsa, qızardılmış ət daha dadlı olar. Qızartmanın sonunda yumşalmış qabığı qaşıqla əzirlər və sonra sousla qarışdırırlar.

- Tavanın içinə bir az duz səpilsə, qızartma zamanı yağ sıçramaz.

- Döymə kotlet üçün əti tellərin əksinə kəsmək, mətbəx çəkici ilə döymək lazımdır.

- Dana ətindən hazırlanan əzmə kotletlərə tam vermək üçün onların üstünə qızartmaqdan qabaq xardal tozu səpmək lazımdır. Əgər qızartmaqdan 1-2 saat əvvəl bitoklara (yumru kotletlər) sirkə və günəbaxan yağının qarışığını çəksəniz onlar daha yumşaq olar.

- Kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

- Əti necə pörtlətmək lazımdır ki, o, yumşaq və dadlı olsun? Əti soyuq su ilə yaxşı yuyun, bir az qurudun və isti çuqun qazanda dağ olmuş yağda bir az qızardın. Qızardanda çalışın çəngəl ilə ət tikələrini deşməyin ki, şirə çıxmasın. Sonra vam odda pörtlədin. Yağsız ətə növündən asılı olmayaraq yağ əlavə edin.

Vaxtaşırı ətin üstünə özündən çıxmış şirəni tökərək, onu zəif odda pörtlədin. Əgər ət cod qalıbsa, çuqun qazana 1 stəkan qaynanmış su, yaxud bulyon tökün və zəif odda pörtlətməni davam edin. Su qaynayıb azaldıqca onu əlavə edin. Əgər pörtləmə zamanı mal və qoyun ətinə bir xörək qaşığı sirkə əlavə olunsa onlar daha yumşaq olar.

- Qulyaşın, qovurmanın dadlı olması üçün süfrəyə vermədən qabaq, onları 20-30 dəqiqəliyə sobaya qoyun.

- Əti sobada bişirərkən, sobanı həddən artıq qızdırmaq olmaz, çünki ətin üstü yanar, içi isə bişməz.

- Sobada bişirilən əti hərdən soyuq su ilə isladıb, üstünə limon çəkdikdə daha dadlı olar.

 

 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Gül suyunun gözəllik və sağlamlıq üçün FAYDALARI

Gül suyunun gözəllik və sağlamlıq…

Sağlamlıq Hits:6206

Dahi alim və həkim Avisenna qızıgülün...

Axşam saat 20:00-dan sonra bunları yeməyin!

Axşam saat 20:00-dan sonra bunları…

Sağlamlıq Hits:7159

Türkiyəli dietoloq Serkan Tutar axşam saatlarında...

Asan hazırlanan peçenye

Asan hazırlanan peçenye

Şirniyyat Hits:25030

Tərkibi: - 1 stəkan şəkər tozu - 1...

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı!

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı…

Desertlər Hits:20009

Marmelad faydalı şirniyyat sayılır. Marmeladı (təbii...

Ən həcmli xəmir RESEPTİ

Ən həcmli xəmir RESEPTİ

Qəlyanaltılar Hits:1562

Sizə bugünədək sınanmış ən həcmli mayalı...

Şokoladlı bulkalar

Şokoladlı bulkalar

Şirniyyat Hits:2415

Tərkib: - 450 qr un - 80 qr...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az