Məhsullar haqqında

Şüyüd nə ilə faydalıdır?

Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə malikdir.

Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif dərman preparataların tərkibində istifadə olunur.

Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır - iştahanı artırı, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.

Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.

Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.

Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, "pis" xolesterinlə mübarizə aparır.

Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.

Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.

Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır.

Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.

Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki, vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.

Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi südartıran çaylara daxil edirlər.

Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.

Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur (ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Salat çuğundurla və pendirlə. Qeyri-adi dad!

Salat çuğundurla və pendirlə. Qeyri-adi…

Salatlar Hits:3076

Çox sadə, ucuz və dadlı salatdır...

Bizi qocalıqdan xilas edən vasitə

Bizi qocalıqdan xilas edən vasitə

Sağlamlıq Hits:3033

Hamı bilir ki, balıq yağı çox...

Culiya Robertsin arıq olmağın sirləri

Culiya Robertsin arıq olmağın sirləri

Sağlamlıq Hits:3038

Tanınmış aktrisa və 3 uşaq anası...

Qışa sarımsaqla badımcan salatı

Qışa sarımsaqla badımcan salatı

Qışa tədarük Hits:5195

Çox dadlı və ətirli salat alınır...

Ən təhlükəli 7 ev əşyası...

Ən təhlükəli 7 ev əşyası...

Faydalı məsləhətlər Hits:3062

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan...

Sadə məhsullardan DADLI SALAT

Sadə məhsullardan DADLI SALAT

Salatlar Hits:5029

İnqrediyentlər: - 2 kartof - 1 kök

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az