Məhsullar haqqında

Kahının inanılmaz faydaları

Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri var - açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium, fosfor və s. faydalı mikroelementlər var.

Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə bilər.

Kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var. Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu təyin olunur.

Əmizdirən analar da kahını öz qidalanmasına daim daxil etməlidir. Belə hesab olunur ki, kahı südün ifrazını artırır.

Kahı təbii liflərlə zəngindir və bu səbəbdən bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, orqanizmdən duzları, şlakları, toksinləri, artıq xolesterini və digər ziyanlı maddələri çıxardır.

Kahı mübadilə prosesləri yaxşılaşdırır.

Kahı həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, anemiya zamanı yaxşı kömək edir.

Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün faydalıdır.

Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.

Ağır xəstəlik, əməliyyat keçirmiş insanların qidalanmasında bu faydalı tərəvəz mütləq olmalıdır. İdmançıların qidalanmasına da bu tərəvəzi daim daxil edirlər. Kahı orqanizmin daha tez bərpa olunmasına kömək edir.

Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.

E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Kahı azkalorili məhsuldur və bu səbəbdən artıq çəki ilə mübarizə aparan insanlar kahını müxtəlif salatlarda, buterbrodlarda istifadə edə bilərlər.

Kahını bıçaqla doğramaq tövsiyə edilmir, əllə bölmək lazımdır. Kahını müxtəlif salatlarda istifadə edin. Salatlara mütləq bitki yağı və ya xama əlavə edin. Bu A vitaminin daha yaxşı mənimsənilməsinə kömək edir.

Vitamin və minerallarla zəngin olan kahə müxtəlif kosmetik maskaların tərkibində də istifadə olunur. Belə maskalar dərini nəmləndirir, daha elastik edir, təravətləndirir, cavanlaşdırır. Bu kimi maska hazırlamaq olar: kahı yarpaqları blenderdə əzilir, 1 xörək qaşığı xama əlavə olunur, yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Ən sadə resept: kahı yarpaqlarını bir qədər əzin və təmiz üz dərisinə qoyub 20 dəqiqə uzanın.

Saglamolun.Az

 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Ağ lobya ilə toyuq. Tez və dadlı!

Ağ lobya ilə toyuq. Tez…

İsti yeməklər Hits:2108

İnqrediyentlər: - 500-600 qr toyuğun sinə əti

Yağlı və problemli dəri üçün çox effektli maskalar. RESEPTLƏR

Yağlı və problemli dəri üçün…

Kosmetologiya Hits:4533

Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd...

Yumurta və göy soğanla çox dadlı piroq

Yumurta və göy soğanla çox…

Qəlyanaltılar Hits:5580

Piroq çox asan hazırlanır. Həm isti...

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Qarpız mürəbbəsi

Qarpız mürəbbəsi

Qışa tədarük Hits:3012

Qeyri-adi dadlı mürəbbə. Qonaqlarınızı təəccübləndirmək istəyirsinizsə...

Hansı BÜRCLƏRİ sevmək çətindir?

Hansı BÜRCLƏRİ sevmək çətindir?

Maraqlı... Hits:1695

Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az