Məhsullar haqqında

Qatığın çoxsaylı faydaları

Böyüklərin əksəriyyəti təbii süd içə bilmir - bu onlarda köpə, qarın ağrılarına və digər xoşagəlməz hisslərə səbəb olur.

Buna dözümsüzlük deyilir. Məsələ burasındadır ki, əksər insanların orqanizmində süd zülalın parçalanması üçün lazım olan fermentlər istehsal olunmur.

Əksinə isə süddən hazırlanan qatıq, ayran, süzmə və s. kimi məhsullar orqanizm tərəfindən  yaxşı və asan mənimsənilir və əksər hallarda heç bir xoşagəlməz hisslərə səbəb olmur. Bunun səbəbini izah edək. Bu məhsulların tərkibində olan süd zülalı parçalanmış vəziyyətdə olur ki, bu da onun mənimsənilməsini asanlaşdırır. Belə ki, bu məhsulların tərkibində olan faydalı maddələrin 90%-i orqanizm tərəfindən mənimsənilir, süddə olan xeyirli maddələrin bir çox hissəsi isə əksinə orqanizm tərəfindən mənimsənilmir.

Bəzi həkimlərdən hətta eşitmək olur ki, təbii süd insan orqanizminə (böyüklər nəzərdə tutulur) heç bir fayda vermir, lakin süddən hazırlanmış müxtəlif məhsullar (qatıq, süzmə, pendir, kəsmik və s.) isə əksinə çox faydalıdır.

Dahi rus fizioloqu İ.İ.Meçnikov uzun müddət ərzində insanın qocalma proseslərini və onların səbəblərini araşdırırdı. Bu araşdırmaların nəticəsində fizioloq belə bir nəticəyə gəldi ki, insanın bağırsaqlarında yaşayan çürüdücü bakterilər orqanizmi daim zəhərləyir, qocalma proseslərini sürətləndirir və müxtəlif xəstəliklərin inkişafına təkan verir. Bundan əlavə Meçnikov müəyyən edib ki, lakto- və bifidobakterilər bu ziyanlı bakterilərin artmasına mane olur.

Süd məhsulları lakto- və bifidobakterilərin əsas mənbəyidir. Belə ki, qatığın daim qəbulu bağırsaqların mikroflorasına çox müsbət təsir edir - burada "yaşayan" ziyanlı mikrobların çoxalmasına mane olur, xeyirli mikrofloranın əmələ gəlməsinə və çoxalmasına isə kömək edir. Bildiyimiz kimi, insan bağırsaqların normal mikroflorası immun sisteminin effektli fəaliyyəti üçün çox vacibdir. Beləliklə, qatığın daim qəbulu insanın immun sisteminə də müsbət təsir edir.

Qatıq həzm proseslərini yaxşılaşdırır, iştahanı artırır.

Qəbizlikdən, disbakteriozdan əziyyət çəkən insanlar mütləq qatıq qəbul etməlidir. Qatıq bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizədə kömək edir.

Qatığın tərkibində həmçinin təbii antibiotiklər, süd turşusu, zülallar, yağlar, fermentlər var. Süd turşusu təbii antibiotik sayılır. Bu maddə ziyanlı bakterilərin çoxalmasına mane olur. Məhz bu səbəbdən qatıq təbii südlə müqayisədə daha uzun müddət ərzində təzə qalır, xarab olmur və süddən fərqli olaraq adətən zəhərlənmələrə səbəb olmur. Qatığın tərkibində olan təbii antibiotiklər bu məhsulun sterilliyini təmin edir.

Zəhərlənmədən bir müddət sonra həkimlər qatıq, ayran, dovğa kimi məhsulları qəbul etməyə icazə verir. Bu zədələnmiş bağırsaqların daha tez bərpa olunmasına kömək edir.

Qatıq kalsiumla zəngindir və bu kalsium qatıqdan orqanizm tərəfindən çox asan mənimsənilir.

Kalsiumdan əlavə qatıqda A, E,D, B qrupu vitaminləri, fosfor, maqnezium, əvəzolunmaz aminturşular var. Bütün bunlar insan orqanizmi üçün çox vacibdir.

Saglamolun.Az

 


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Lavaşdan qutabların hazırlanması

Lavaşdan qutabların hazırlanması

Qəlyanaltılar Hits:4753

Lavaşdan çox tez və asan qutab...

Uşaqlarda məktəb qorxusu

Uşaqlarda məktəb qorxusu

Ana və uşaq Hits:835

Məlumdur ki, məktəblərdə ibtidai sinif şagirdləri...

Evinizi böcəklərdən qoruyun - TƏBİİ YOLLARI

Evinizi böcəklərdən qoruyun - TƏBİİ…

Faydalı məsləhətlər Hits:5901

Evlərimizi gigiyenik baxımdan nə qədər təmiz...

Cins şalvarlara qulluq. 11 vacib qayda

Cins şalvarlara qulluq. 11 vacib…

Paltarlara qulluq Hits:8035

Cins şalvarları heç zaman dəbdən çıxmır.

Alma və portağalla DADLI PİROQ

Alma və portağalla DADLI PİROQ

Şirniyyat Hits:1461

Məhsullar: - 100 qr kərə yağı

Sadə BULKALAR

Sadə BULKALAR

Şirniyyat Hits:6372

Tərkib: - 1 stəkan təzə qatıq

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:159

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:372

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:286

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5421

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3435

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:789

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1749

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:766

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az