Məhsullar haqqında

Yunan qabağı - çox faydalı tərəvəz

Təəssüf ki, bu olduqca xeyirli tərəvəz bizim mətbəxdə az-az istifadə olunur.

Xarici ölkələrdə isə (xüsusilə Avropa və Amerikada) yunan qabağı ən populyar tərəvəzlərdən biridir. Orada daha tez-tez tünd yaşıl rəngdə olan sukkini sortu istifadə olunur.

Çox dadlı, asan mənimsənilən bu tərəvəz həmçinin çox faydalıdır. Bir çox xəstəliklər və pozulmalar zamanı yunan qabağı dietik məhsul kimi istifadə olunur.

Yunan qabağının tərkibində zülallar, karbohidratlar, karotin, C, B qrupu vitaminləri, pektinlər, maqnezium, kalium, kalsium, dəmir var.

Yunan qabağı təbii antioksidant maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə qocalma proseslərlə mübarizə aparır, orqanizmi cavanlaşdırır.

Uzunluğu 20-25 sam olan təzə tam dəyməmiş yunan qabağı ən faydalı sayılır. Bişirilmə zamanı tərəvəzin qabığını soymaq lazım deyil (tərəvəzin qabığında çoxlu faydalı maddələr var). Yunan qabağını pürtlədirlər, qızardırlar, salatlarda, ət və balıq xörəklərdə qarnir kimi istifadə edirlər.

Yunan qabağı kiçik yaşlı uşaqların ilk əlavə qidalanmasına daxil etmək olar. Tərəvəz həm çox faydalıdır, həm asan mənimsənilir, həm də allergik reaksiyalara səbəb olmur. Uşaqlar üçün yunan qabağından püre hazırlamaq olar. Püreyə digər tərəvəzləri də əlavə etmək olar.

Yunan qabağı həmçinin xəstə, əməliyyat və ya ağır xəstəlik keçirmiş, mədə-bağırsaq sistemində problemləri olan insanların qidalanmasına daxil edilir.

Yunan qabağı azkalorili məhsuldur və bu səbəbdən müxtəlif arıqlamaq üçün olan pəhrizlər zamanı geniş istifadə oluna bilər.

Yunan qabağı orqanizmə artıq mayedən və duzlardan azad olmağa kömək edir, qanı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Bu səbəbdən yunan qabağı hipertoniya, ateroskleroz, böyrək xəstəlikləri, podaqra, artrir zamanı çox xeyirlidir.

Kalium və maqneziumla zəngin olan yunan qabağı ürək əzələsini qidalandırır, ödemlərlə mübarizə aparır.

Yunan qabağının əsas hissəsini su təşkil edir. Lakin bu adi su detil - bu bioloji aktiv sudur. Belə su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, sərbəst radikallar) yaxşı təmizləyir, dərinin vəziyyətini yaxşılaşdırır.

Yunan qabağı qara ciyərin və ödün fəaliyyətinə müsbət təsir edir.

Yunan qabağı dərimiz üçün də çox xeyirlidir. Bu tərəvəz dərini ağardır və cavanlaşdırır. Yunan qabağından bu kimi maska etmək olar. 1-2 tikə yunan qabağı, 1 yumurta sarısı, 1 xörək qaşığı yulaf yarması, 1 çay qaşığı badam yağı blenderdən keçirin və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Saglamolun.Az

 


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Əriklə kəsmikli keks

Əriklə kəsmikli keks

Şirniyyat Hits:3969

Tərkib: - 400 qr kəsmik - 4 yumurta

Göz yorğunluğunu aradan qaldıran kompres - RESEPT

Göz yorğunluğunu aradan qaldıran kompres…

Kosmetologiya Hits:2126

Gün ərzində saatlarla kompüter arxasında otururuq...

Qeyri-adi SPİRAL peçenye

Qeyri-adi SPİRAL peçenye

Şirniyyat Hits:7679

Çox dadlı zərif qeyri-adi peçenyedir.

Göbələk gəlyanaltısı

Göbələk gəlyanaltısı

Qəlyanaltılar Hits:1898

Göbələk çox dadlı və faydalı məhsuldur...

Qüsursuz dəriyə sahib olmaq üçün 7 MƏSLƏHƏT

Qüsursuz dəriyə sahib olmaq üçün…

Kosmetologiya Hits:6107

Dünyadakı bütün qadınlar qüsursuz, parlaq, sağlam...

Diqqət: mətbəxinizdəki bu əşya zibil vedrəsindən də mikrobludur

Diqqət: mətbəxinizdəki bu əşya zibil…

Faydalı məsləhətlər Hits:7747

Aparılan araşdırmalar nəticəsində evin ən kirli...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:88

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:257

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:211

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5263

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3340

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:749

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1639

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:738

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az