Məhsullar haqqında

Portağal şirəsi - şirələrin kralı. Fayda və ziyan

Bütün dünyada portağal şirəsi ən çox sevilən və içilən şirə sayılır.

Portağal şirəsi ən dadlı şirələrdən biridir. Bundan əlavə portağal şirəsi həmçinin çox faydalıdır. Onun tərkibində çox miqdarda A və C vitaminləri var. A və C vitaminləri ən güclü antioksidantlardır. Bu o deməkdir ki, bu vitaminlər orqanizmi qocalmaqdan və dağılmaqdan qoruyur, orqanizmi cavanlaşdırır.

Bir çox ölkələrdə təbii portağal şirəsi səhər yeməyinin zəruri atributudur. Portağal şirəsi  orqanizmin tonusunu qaldırır, orqanizmi oyadır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Portağal şirəsi müxtəlif damar xəstəliklərinin ən yaxşı profilaktik vasitəsi sayılır. Bu şirənin tərkibində olan maddələr damarları daha möhkəm və elastik edir, tromblaşmanın qarşısını alır. Portağal şirəsi xüsusilə ateroskleroz, insult, infarkt kimi pozulmaların profilaktik vasitəsidir.

Sübut olunub ki, portağal şirəsi nevroz və depressiyalardan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırır.

Soyuqdəymə və qripp zamanı portağal şirəsinin qəbulu xəstənin vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir, sağalmanı tezləşdirir.

Portağal şirəsi müxtəlif vacib minerallarla zəngindir. Burada kalium, kalsium, sink, maqnezium, mis, fosfor, yod və s. kimi orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan minerallar var.

Portağal şirəsi orqanizmi şlaklardan, toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir, iştahanı yaxşılaşdırır.

Bu şirə böyrək daşı xəstəliyinin profilaktik vasitəsi sayılır.

Portağal şirəsi ürək üçün də çox faydalıdır.

Araşdırmalar nəticəsində portağal şirəsinin sümüklərə və oynaqlara olan müsbət təsiri məlum oldu.

Nəzərinizə çatdıraq ki, yalnız təbii portağal şirəsi (dükanlarda satılan şirələr yox!) orqanizmə fayda verə bilər.

Bütün bu faydalı xüsusiyyətlərə baxmayraq portağal şirəsinin müəyyən mənfi xüsusiyyətləri də var. Belə ki, portağal şirəsi mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə və 12 barmaq bağırsağı xorası, mədənin turşuluğunun artması, bir çox bağırsaqlar xəstəlikləri zamanı bu şirənin qəbulu əks-göstərişdir. Lakin hətta tam sağlam insanlar da təbii portağal şirəsini su ilə durulaşdırıb içməlidir.

Həmçinin şəkərli diabet zamanı da portağal şirəsini içmək olmaz.

Saglamolun.Az


.
Загрузка...

Şərhlər  

#1 Nese 22.01.2017 12:12
Çox lazımlı məsləhətlərdir.


Eşq olsun!
Sitat

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

İstifadə olunmuş çay paketlərini atmayın! 5 istifadə üsulu

İstifadə olunmuş çay paketlərini atmayın…

Faydalı məsləhətlər Hits:3962

İstifadə olunmuş çay paketləri adətən tullanır...

Müasir qadının 12 etiket qaydası

Müasir qadının 12 etiket qaydası

Maraqlı... Hits:1767

“Əlini cibinə qoyma, ağzını marçıldatma, sakit...

Plastik qablarda su alanda hansı işarələrə diqqət etmək lazımdır?

Plastik qablarda su alanda hansı…

Faydalı məsləhətlər Hits:2223

Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində...

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Kosmetologiya Hits:1094

Əllərinizə müxtəlif kremlər sürtürsünüz, amma yenə...

Dadlı kəsmikli vatruşkalar. Klassik resept

Dadlı kəsmikli vatruşkalar. Klassik resept

Şirniyyat Hits:14303

Çox dadlı və faydalı şirniyyat.

Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR

Tənbəl xanımlar üçün SADƏ və…

Kosmetologiya Hits:1426

Zaman keçdikcə dərimiz öz gənclik təravətini...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az