Məhsullar haqqında

Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.

Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?

Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri  ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.

Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?

1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.

2. Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.

3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar – bu, bütün digər əvəzedicilərdən bahadır.

4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.

5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.

6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.

7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.

8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.

9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.

10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

Saglamolun.Az


.
Загрузка...

Şərhlər  

#1 Güləbətin 18.04.2016 12:31
Kərə yağı dadından və ətrindən o saat bilinir. Ağzının dadını bilən tanıyacaq. Amma, qablaşdırma, üstündəki yazılar, saxlama müddəti. rəngi və s. boş sözlərdir. Hətta qiyməyi də.
Sitat

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Göbələkli dolma. Nəfis dad!

Göbələkli dolma. Nəfis dad!

İsti yeməklər Hits:2728

Çox dadlı və qeyri-adi yeməkdir.

Yulaf yarması ilə peçenye (ovsyanoye)

Yulaf yarması ilə peçenye (ovsyanoye)

Şirniyyat Hits:2464

Məhsullar: - 200 qr kərə yağı -...

Gənəgərçək yağı - həm sağaldır, həm gözəlləşdirir

Gənəgərçək yağı - həm sağaldır…

Sağlamlıq Hits:16855

Əvvəllər gənəgərçək yağı daha geniş istifadə...

Amerika sayağı ətirli toyuq

Amerika sayağı ətirli toyuq

İsti yeməklər Hits:3594

Tərkib: - 3 x.q. sirkə - 1...

Cemli bulkalar

Cemli bulkalar

Şirniyyat Hits:29571

İnqrediyentlər: Xəmir üçün: - 200 ml süd

Suya düşən telefonu və noutbuku necə xilas etmək olar?

Suya düşən telefonu və noutbuku…

Faydalı məsləhətlər Hits:4479

Telefonsuz nəinki bir günümüz, bir saatımız...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:158

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:372

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:286

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5421

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3435

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:789

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1749

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:766

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az