Həm sağlamlığa həm çəkiyə ən zərərli QİDALARIN SİYAHISI

Düzgün qidalanmanın faydaları haqqında hamımız bilirik, amma bəzən çox doğru olmayan və heç də faydalı olmayan bir qidaya üstünlük veririk.

Özünüzü sevindirmək üçün heç də qorxulu olmayan yeməklər var, amma biz ən ziyanlı olanı nədən seçirik? Bəlkə bi qidalar çox dadlı olduğu üçün? Bes,onlarlı nələrlə əvəz edə bilərik, birlikdə baxaq.

  1. Kartof və Çips

İlk növbədə bu qidalar çox yağlıdır və çəkiyə inanılmaz zərər, yəni kilo verir. Kartof çox miqdarda yağda bişirilir ki, bu da onu sağlamlığa çox  zərərli edir (xolesterinin səviyyəsi aşağı düşəcək və bu qan laxtalanması, infarkt, insult, qaraciyər problemləri yarada bilir) . Çipsin tərkibində monosodyum glutamat (E seriyalı qatqılar) daxildir. Yeməyi nəinki dadlı edir, həm də insanı həqiqətən ona aludə edə bilir. Bunun üçün ona alışaraq hər zaman yemək istəyirik.

  1. Kolbasa, sosis, konservləşdirilmiş qidalar

Təəssüf ki, mağazada satılan kolbasalar çoxdan təbii olmağı dayandırdı və bir çoxunda praktiki olaraq ət yoxdur. Onun yerini transgen soya, yağ, sakatat, həmçinin qoruyucular, emulqatorlar, boyalar, qatılaşdırıcılar alır. Konservləşdirilmiş qidalarda da çoxlu miqdarda duz (100 qramlıq məhsulda təxminən 15 qram duz var, gündəlik norma cəmi 6 q olsa da), şəkər, həmçinin ləzzət artırıcılar və sirkə var. Bir qayda olaraq, konservləşdirmə zamanı məhsul qida maddələrinin çoxunu itirir (nadir istisnalar olmaqla).

  1. Hazır dondurulmuş qidalar

Onlar dondurulma zamanı bir çox kimyavi qatqılara və təsirə məruz qalır ki, bu da organizmimiz üçün çox ziyanlıdır.

  1. Popkorn

Qarğıdalı sağlamlığınız üçün yaxşıdır, amma kinoteatrlarda təklif edilən popkorn ziyandır. Bişirilərkən çox miqdarda duz (cipsdən də çox) və ya karamel, həmçinin yağ və ləzzət artırıcılar əlavə olunur. Sağlam popkorn evdə hazırlana bilər, ancaq quru bir tavada və duz olmadan.

  1. Ketçup, mayonez

Bunlar çox sevilən və çox zərərli,amma zərərli souslardır. Birincisi,tərkibində çoxlu qida əlavələrivar. İkincisi, ketçupda çox miqdarda şəkər (təxminən beşdə biri) və mayonezdə trans yağlar var. Bunlar təbii olaraq immunitet sistemi və çəki üçün təhlükəli olan süni yağlardır.

  1. Şokolad Batonları

Mağazalardakı kassanın yanında bizi cəlbedən şəkildə bizə “baxırlar”. Ancaq tərkibində yalnız qatqılar olduğu üçün olduqca zərərlidir. Bunun əvəzinə təbii şokoladı tez tez olmamaq şərti ilə yemək olar.

  1. Şirin qazlı sular

Birincisi, soda şişkinliyə səbəb olur. İkincisi, belə bir içkinin bir litrində bədəndən kalsiumu yuyub dişləri korlaya bilən 100 q -dan çox şəkər, həmçinin kofein, boyalar və turşu var. Üçüncüsü, yüksək kaloridir - təxminən 420 kkal.

Bu arada, 0 şəkər tərkibli  sağlam kimi bizə satılan şirin qazlı sular da əslində marketingdir, çünki tərkibində şəkər yoxdur deyib, diet saxlayanları cəlb edilir. Ancaq bunun əvəzinə tərkibində dadlandırıcılar var – bunlarda çox zərərlidir (fruktoza, aspartam). Bu içkilərdə qida maddələri ümumiyyətlə yoxdur.

  1. Yağsız qidalar

Tərkibində yağ olmadığı üçün onlarda təhlükəli nə olduğunu soruşacaqsınız? Çəki üçün yaxşıdır. Lakin bunlar ı ən sağlam olmayan qidalardan biridir. Yağ yoxdursa, onu kompensasiya etmək lazımdır. Bu, yalnız arıqlamağa kömək etməyən, hətta piylənmə riskini artıran dadlandırıcılar, nişastalar və digər əlavələrin köməyi ilə edilir. Ayrıca, süni şəkildə yağları azaltmaq qidalardakı bir çox qida maddəsini öldürür. Tamamilə yağsızdan daha az yağlı qidaları seçmək daha yaxşıdır.

Evdarliq.Az

 



 

 

.