Sağlam Qidalanma (PP) DADLI olduğunu bilirdiniz?

Düzgün qidalanma sistemi (PP) haqqında bir çoxlarımız eşitmişik, amma bunun zövqlü və dadlı olduğunu bilirdiniz? Düşünün ki, istədiyiniz təamları, hətta çörəyi belə yeyə bilirsiniz amma kökəlmirsiniz! Sağlam qidalanma sistemi təsirli olması və insana daha gümrah və sağlam yaşam təmin etdiyi zamanla sübut edilmiş və qidalanma mütəxəssisləri tərəfindən təsdiqlənmiş bir həqiqətdir.

Yaxşı bəslənmə yalnız kələm salatları və buxarda hazırlanmış balıqlardan ibarət deyil. PP sistemi altında səhər yeməyi, nahar və şam yeməyi üçün milyonlarla resept yaradılmışdır ki, bunların çoxu bədənin ehtiyaclarını ödəyir və hər bir insan üçün düzgün qidalanma planına daxil olmağa layiqdir!
Bu gün sizə sağlam və 100% təbii, yağsız və mayasız hazırlanan sağlam qidalanma programına aid çörək və pendir haqqında məlumat verəcəyik.

Ürəyiniz çörək istəyirsə, bu suni maya və rəngləndiricilər qatılmayan çovdar çörəyi ola bilər.

Səhər yeməyi və ya nahar zamanı bu çörək qəbul edilə bilər.

Və ikinci dietik məhsul - qaymaqlı pendir.

Tərkibi: Yağsız Kəsmik.

Bu cür yağsız ev şəraitində hazırlanan pendiri kilo almaqdan qorxmadan rahatlıqla istifadə edə bilərsiniz.

Beləliklə, sağlam qidalanma yalnız tərəvəz və dadsız salatlar yox, dadlı ev çörəyi və pendir də ola bilər. Evdə bişirməyə zamanınız yoxdursa sizə bu işin peşəkarını təqdim edirik - Healthy Food By Ayten .

Evdarliq.az