Ev şəraitində ləzzətli HALVAnın hazırlanması

Çox dadlı və faydalı şirniyyat olan halvanın reseptini sizə təqdim edirik.

Halvanı qozdan, fındıqdan, araxisdən, adi günəbaxan tumlardan hazırlamaq olar. Zövqə görə halyava xırda doğranmış ərik qurusu, kişmiş əlavə edə bilərsiniz.

İnqrediyentlər:

- 1 stəkan qoz

- 1 stəkan un

- 3/4 stəkan şəkər tozu

- 5 x.q. su

- 1/4 stəkan bitki yağı (iysiz)

Hazırlanması:

1. Qozu qabaqcadan 200 C qədər qızdırılmış sobada 5 dəqiqə ərzində qızardın və blenderdən keçirin.

2. Divarları qalın olan tavada unu qızıl rəng alana qədər qızardın, qozla qarışdırın.

3. Qazana şəkər tozu, yağ və su tökün, orta odd qarışdıra-qarışdıra qaynara düşənə qədər qızdırın və şəkər tam əriyənə qədər qaynadın.

4. Qazanı oddan götürün, 10-15 dəqiqə ərzinə soyudun.

5. Siropu unla qozun qarışığına əlavə edin, yaxşı qarışdırın

6. Halvanı formaya qoyun, 8 saat soyuducuda saxlayın.

7. Masaya verdikdə halvanın üzərinə şəkər kirşanı səpin, qozla (fındıqla, araxislə və s.) bəzəyin.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...