Desertlər

Südlü şokoladlı blinçiklər

Lazım olan məhsullar:

Şəkər tozu — 2 x.q.

Süd — 3 st.

Un — 300 qr.

Kakao — 2 x.q.

Yumurta — 3 əd.

Bitki yağı — 2-3 x.q.

Duz — 1 çimdik

Hazırlanması:

1. Yumurtanı duz və şəkər tozu ilə çalın. Xəmiri blenderdə hazırlasanız, daha yaxşı alınar: daha tez və keyfiyyətli olar. Xəmir hamar və düyünsüz olmalıdır.

2. Sonra hazır olan kütləyə bir stəkan süd əlavə edin və yenidən çalın. Sonra yavaş-yavaş unu əlavə edin ki, düyünlər yaranmasın. Çalmağa davam edərək xəmirə yavaş-yavaş südün geri qalanının hamısını tökün. Sonda kifayət qədər sulu xəmir alınmalıdır.

3. İndi blinciklərin hazırlanmasına keçmək olar. Xəmir müxtəlif rənglərdə olmalıdır. Buna görə də xəmirin üçdə bir hissəsini ayrı qaba tökün – bu blinçiklərin naxışlı alınması üçündür. Qalan hissəyə kakao əlavə edin və xəmir eynicinsli, düyünsüz alınana qədər çox yaxşı qarışdırın.

4. Tavanı yaxşı qızdırın. Biraz yağ tökün və yağı tavaya bərabər miqdarda yayaraq qızdırın.

5. Biraz xəmir tökün, demək olar ki, ½ çömçə və bütün tava boyu yayın. Biraz bişirin. Çay qaşığı ilə biraz xəmir tökün və blinçiklərin üzərində istədiyiniz kimi naxışlar çəkin. Sonra blinçiki çevirin və digər tərəfini də qızardın.

6. Oddan götürün, naxışlar olan tərəfini yuxarı çevirin və isti halda servis edin. Ancaq soyuq halda da bu blinçiklər olduqca ləzzətli olur.

7. Südlü şokoladlı blinçiklərin qızardılması zamanı yağı ancaq bir dəfə - birinci blinçikin qızardılması zamanı tökmək lazımdır. Sonra yağ əlavə etməyə ehtiyac yoxdur, blinçiklər yapışmayacaq.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика