Kokos yonqarı ilə çox dadlı tort.
Lazım olan məhsullar:
Xəmir üçün:
- 80 qr un
- 20 qr kakao
- 3 yumurta
- 120 qr şəkər tozu
- 1/2 ç.q. qabartma tozu
- 10 x.q. qaymaq.
İçlik üçün:
- 150 qr kokos yonqarı
- 100 qr şəkər tozu
- 100 qr kərə yağı
- 200 ml süd
Qlazur üçün:
- 4 x.q. şəkər tozu
- 4 x.q. kakao
- 50 qr kərə yağı
- 100 ml süd
Hazırlanması:
- Yumurta şəkər tozu ilə yaxşı çalınır (5-7 dəqiqə).
- Un, kakao, qabartma tozu qarışdırılır və birlikdə ələnir. Qarışığı hissə-hissə yumurtaya əlavə edin, ehtiyatla aşağıdan yuxarıya doğru qarışdırın.
- Formanın dibinə yağ çəkin (burada 20 sm diametrində olan forma istifadə olunur). Xəmiri formaya qoyun, ehtiyatla hamarlayın.
- Sobanı qabaqcadan 200 C qədər qızdırın. Biskviti 20-25 dəqiqə ərzində bişirin.
- Hazır biskviti 2 saatdan az olmayaraq soyudun.
- İçlik hazırlayırıq. Qazana süd, yağ, şəkər tozu tökün, qızdırın ki, yağ ərisin.
- Kokos yonqarı əlavə edin, yaxşı qarışdırın, orta odd 10-15 dəqiqə ərzində qarışdıra-qarışdıra bişirin. Kütlə qatı alınmalıdır.
- İçliyi soyudun.
- Biskviti 2 hissəyə bölün
- Aşağıdakı hissəni boşqaba qoyun, üzərinə təxminən 5 x.q. qaymaq hopdurun.
- İçlik qoyun, hamarlayın.
- İkinci hissəyə də qaymaq hopdurun, içliyin üzərinə qoyun, ehtiyatla sıxın.
- Qlazur hazırlayırıq. Qlazur üçün olan bütün inqrediyentləri qazana qoyun, qarışdıra-qarışdıra qızdırın (qatı alınmalıdır).
- Qlazuru ilıq halda tortun üzərinə və yan tərəflərinə çəkin.
- Hazır tortu süfrəyə verdikdən əvvəl soyuducuya qoyun və ən azı 3-4 saat saxlayın.
Nuş olsun!
Evdarliq.Az