İnqrediyentlər:
- 3 portağal
- 200 qr şəkər tozu
- 20 qr jelatin
Hazırlanması:
- Jelatinin üzərinə 200 ml soyuq qaynanmış su tökün. Jelatinin qablaşdırması üzərində göstərildiyi müddət ərzində saxlayın.
- Portağalın şirəsini sıxın, qabıqlarını qalın doğrayın.
- Qabıqların üzərinə 1 l su tökün, odun üzərinə qoyun, qaynamağa başlayandan sonra 10 dəqiqə qaynadın, süzün, soyudun (ilıq olmalıdır).
- Qabıqların suyuna şəkər tozu və şişmiş jelatin əlavə edin, odun üzərinə qoyun, qaynara düşənə qədər qızdırın (qaynatmayın!).
- Portağal şirəsini əlavə edin, oddan götürün, muss və ya dondurma üçün qablara tökün, 5-6 saat soyuducuda saxlayın.
Nuş olsun!
Evdarliq.az