Ərzaqlar:
- 100 qr şəkərli peçenye
Ağ lay:
- 250 qr qaymaqlı pendir
- 250 qr yağlı qaymaq
- 3 x.q. şəkər tozu
- 1 paket vanil
Albalı ilə lay:
- yarım kq albalı
- yarım stəkan şəkər tozu
- 1 x.q. nişasta
- 1 x.q. limon şirəsi
Hazırlanması:
- Albalıdan şiyərdəkləri çıxardın, şəkər, limon şirəsi əlavə edin, oda qoyun. Qaynara düşəndə 2 x.q. soyuq su ilə qarışdırılmış nişastanı əlavə edin, daim qarışdırın. Kütlə qatılaşanda oddan götürün, soyudun.
- Peçenyeni blenderdə xırdalayın.
- Qaymağı mikserlə yaxşı çalın, hissə-hissə şəkər tozu və vanilin əlavə edin, qaymaqlı pendir əlavə edin, yenə çalın. Kremin dadına baxıb zövqə görə şəkər tozunu əlavə edə bilərsiniz.
- Dondurma qabların və ya enli şüşə stəkanların dibinə peçenye layı, sonra ağ krem, üzərinə albalı qoyun.
- Deserti soyuducuda bir neçə saat saxlayın.
Nuş olsun!
Evdarliq.az