Məhsullar:
- alma (istəyinizə görə)
- şəkər tozu (hər alma üçün 1 ç.q.)
- darçın (hər alma üçün 1/3 ç.q.)
- zövqə görə kişmiş, xırda doğranmış qoz
Hazırlanması:
1. Almaları yaxşı yuyun, yuxarı hissələrini kəsin, içini oyun.
2. Hər almanın içinə şəkər tozu və darçın səpin, üzərinə kəsilmiş yuxarı hissələri qoyun ("qapaq" kimi). Zövqə görə almaların içinə xırda doğranmış qoz, kişmiş əlavə etmək olar.
3. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Almaları folqa sərilmiş tavaya düzün, 15-20 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az