Ev şəraitində RAFAELLO konfetlərinin hazırlanması

Bu konfetlər dükanlarda satılanlardan daha dadlı alınır və həmçinin hazırlanma zamanı ziyanlı qatqılar istifadə olunmur.

İnqrediyentlər:

- 1 plitka ağ şokolad

- 60 ml qaymaq (33% və bundan artıq yağlılığı)

- 25 qr kərə yağı

- 75 qr narın kokos yonqarı

- 1/2 stəkan badam

- 1 çimdik duz

Hazırlanması:
1.
Şokoladı kiçik tikələrə bölürük, üzərinə qaymaq tökürük, su hamamında qızdırırıq.

2. Kütlə qaynamağa başlayanda oddan götürürük.

3. Ev temperaturuna qədər soyuduruq, 20 qr kokos, duz və kərə yağı əlavə edirik, qarışdırırıq, soyuducuya qoyuruq.  

4. Kütlə soyuyanda, mikserlə yaxşı çalırıq ki, qatılaşsız və yenə 1 saat soyuducuda saxlayırıq.

5. Qabaqcadan badamın qabığını soyuruq, bir az qızardırıq.

6. Düz boşqaba kokos tökürük, kremi çay qaşığı ilə boşqaba qoyuruq, kremin üzərinə badam qoyuruq,  kürəçik formasına salırıq və kokosda yaxşı yuvarladırıq. Rafaello hazırdır.

7. Hazır konfetləri soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az