Təmizlik işləri

Soyuducuda pis qoxunu necə yox etmək olar?

Bəzən soyuducuda spesifik qoşagəlməz iy əmələ gəlir.

Bu iyi yox etmək üçün ilk növbədə orada olan ərzaqların xarab olub-olmadığını təyin etmək lazımdır. Xarab olmuş ərzaqı soyuducudan çıxardın.

Daha sonra soyuducunu yaxşı təmizləmək lazımdır. Soyuducuda pis qoxuları yox etmək üçün onun bütün daxili səthlərini silmək lazımdır. Suya soda əlavə edin. Soda çox gözəl antiseptik vasitədir və həmçinin göbələklərin qarşısını alır. Suya bir qədər sirkə də əlavə etmək olar. Sirkə də çox effektli və tam ziyansız antiseptik vasitədir.

Profilaktik məqsədlə soyuducuya doğranmış limon və portağal tikələri, qurumuş çörək tikələri, qəhvə qoymaq olar. Bu sadə vasitələr soyuducuda pis qoxunun əmələ gəlməsinin qarşısını alır.

Soyuducuda kiçik nəlbəkidə aktivləşdirilmiş kömür saxlayın. Kömür soyuducuda olan pis qoxuları özünə hopdurur.  

Evdarliq.Az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика