Bu ucuz vasitələr paltarlarınızı ağappaq edəcək

Hal hazırda paltarların ağardılması üçün əsasən tərkibində xlor maddəsi olan müasir ağardıcılardan istifadə olunur.

Heç kim üçün sirr deyil ki, bu vasitələr, xüsusilə də tez-tez istifadə edildikdə, parçaları korlayır.

Keçmişdə müasir ağardıcılar yox idi. Lakin uşaqlıq vaxtlarını xatırladıqda hamımız ana və nənələrimizin ağappaq yataq dəstləri, süflərəri, dəsmalları yadımıza salırıq. "Keçmişin arvadları" buna necə nail olurdular?

Bu gün sizə bu üsullardan birini təqdim edirik.

Ağları yuduqda yuyucu tozdan əlavə 10 l suya 1/2 stəkan hidrogen peroksidi ("perekis") və 1 xörək qaşığı naşatır spirti əlavə olunur. Bu vasitələr paltarları çox yaxşı ağardır və həmçinin ləkələri yox edir.

Evdarliq.Az  



 

 

.