Ev şəraitində qabyuyan vasitə hazırlayırıq. FOTO

Ev şəraitində çox yaxşı qabyuyan hazırlamaq olar. Bu vasitə allergiyaya səbəb olmur və tam təhlükəsizdir.

İngrediyentlər: 50 qr məişət sabunu, 2 xörək qaşığı soda, 10 damcı istənilən efir yağı.

Hazırlanması:

1. Sabunu sürtgəcdən keçirin, su hamamında əridin, 100 qr ilıq su əlavə edin, yaxşı qarışdırın.

2.  Su hamaımdan götürün, 1,5 l su əlavə edin, odun üzərinə qoyun, qaynara düşənə qədər çatdırın.

3. Yaxşı qarışdırın ki, sabun tam həll olunsun.

4. Oddan götürün, soda əlavə edin, yaxşı qarışdırın.

5. İlıq məhlula 10 damcı efir yağı əlavə edin, qarışdırın, soyudun.  Qabyuyan vasitə hazırdır.

6. Qabyuyan vasitəni plastik qablara tökün və istifadə edin.

7. Bu vasitə ilə qab, paltar, istənilən səthləri yumaq olar. 

Evdarliq.Az


Загрузка...
. .