Yumşaq mebelin təmizlənməsi. Faydalı məsləhətlər

Əgər siz yumşaq mebeli tozsoranla təmizləyirsinizsə, şotkanı duzlu suda (1 litr suya 1 çay qaşığı duz) isladılmış parça ilə sarıyın.

Çirklənmiş yumşaq mebelin üstünə yaş mələfə sərib çırpmaqla onu tozdan təmizləmək olar. Toz mələfəyə çökəcək.

Yumşaq mebeli təmizləmək üçün ən yaxşı üsul - müasir yuyan tozsorandır.

Plüş yaxud məxmər üzü tez-tez tozsoranla və şotka ilə təmizləmək olmaz. Parçanı xovu istiqamətində ilıq suda isladılmış yumşaq əsgi ilə silmək lazımdır. Bu cür mebeli ayda bir dəfə tozsoranla təmizləmək olar. Plüş və məxmər üzdən yağlı ləkələri benzinlə təmizləyirlər. Sudan və naşatır spirtindən (2:1), yaxud sirkədən (1:2) olan qarışıq da effektlidir. Mağazalarda parçalardan ləkələri aparmaq üçün çox sayda müasir vasitələr satılır. Yumşaq mebelin üzünü təmizləmək üçün bu vasitələrdən istifadə etmək olar. Hər bir ləkəni təmizləyəndə ləkənin kənarlarından ortaya təmizləmək lazımdır!

Dermatini və dərini əvvəl sabunlu suda isladılmış, sonra isə təmiz suda isladılmış  nəm əski ilə  silirlər. Daha bir üsul: suya bir az sirkə əlavə edin.

Dəri mebeldən ləkələri təmizləmək üçün ona kraxmal və benzindən (1:1) olan qarışığı çəkirlər, quruyandan sonra isə təmizləyirlər.

Əgər yumşaq mebelə saqqız yapışıbsa, saqqızın üstünə plastik paketdə buz qoyun və sonra küt bıçaqla qaşıyıb təmizləyin.

Qəhvə ləkəsini sabunlu suda isladılmış əski ilə təmizləyin. Qan ləkələri adi soyuq su ilə asan təmizlənir. Qurumuş şokoladı təmizləyin və ilıq su və yumşaq sabunla yuyun. Qalan suyu qurudun. Mürəkkəb ləkəsini asetonla yox etmək olar.

Əgər qırmızı çaxır tökülübsə, dərhal mayeni qurudun. Sonra yaş ləkənin üstünə duz səpin. Duz çaxırı canına çəkəndə və ləkə quruyanda tozsoranla ehmalca təmizləyin.

Əgər yumşaq mebelə yağ ləkəsi düşübsə, ona dərhal çoxlu duz töküb bir qədər gözləyin, duzu yığın və ləkəni spirtdə isladılmış süngərlə ehmalca silin.

Evdarliq.Az


Загрузка...
..